• Rafaello kremi resepti

Reseptin məlumatları Baxış sayı: 16 227

Tarix : 7-05-2015, 19:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Zərif və çox dadlı kokoslu kremi həm tort biskvitlərinin arasına, həm pirojnaların üstünə çəkə, həm də blinçiklərlə yeyə bilərsiniz.

Tərkibi:
200 q kərə yağı
1 banka qatılaşdırılmış süd
200 q bəyaz şokolad
75 q kokos yonqarı

Hazırlanması:
Şokoladı və kərə yağını doğrayıb qazançaya tökün, su hamamında qarışdıraraq əridin.

Ayrı bir qabda qatılaşdırılmış südlə kokos yonqarını qarışdırın, şokoladlı-yağlı qarışığı nazik axınla əlavə edərək mikserlə çalın.

Əgər peçenyenin üstünə qoyacaqsınızsa, o zaman xüsusi konteynerlərə doldurun, soyuducuda 4 saat saxlayın. Əgər tort üçün istifadə edəcəksinizsə, 30 dəqiqə soyudun, sonra korjların üzərinə çəkin.

Nuş olsun!
Etiketlər: kokos, qatılaşdırılmış, üstünə, qarışığı, qoyacaqsınızsa, zaman, xüsusi, yağlı, peçenyenin, çalın, əlavə, axınla, edərək, konteynerlərə, mikserlə, nazik, doldurun, korjların, sonra, üzərinə
BİZİ İZLƏYİN