• Panzanella salatı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 12 877

Tarix : 5-03-2017, 12:00

Bölmə : Salatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Çörək 1 dilim
Xıyar 1 ədəd (iri)
Pomidor 1 ədəd (orta)
Qırmızı soğan 1/2 ədəd
Zeytun yağı
Üzüm sirkəsi 1 x.q
Duz və istiot 1/2 ç.q
Yaşıl reyhan yarpağı 25 ədəd
Parmezan 50 q (Digər bərk növ pendirlə əvəz etmək olar)

Hazırlanması:
1. Sobanı 135 C isidin. Çörək dilimini 1,5x1,5 ölçüdə kiçik kublara bölün və üzərinə azca zeytun yağı gəzdirin. 20-25 dəq. Ərzində sobada qurudun. Çalışın çörək qızarmasın, qurusun. Sobadan çıxarın və soyudun.

Panzanella salatı resepti - FOTO RESEPT


2. Xıyarı yarımhalqa, pomidorları uzunsov dilimlərlə, qırmızı soğanı isə nazik halqa formasında doğrayın. İri qabda tərəvəzləri və çörəkləri qarışdırın.

Panzanella salatı resepti - FOTO RESEPT


3. Kiçik qabda sirkə, zeytun yağı, duz və istiotu qarışdırın və salatın üzərinə qəzdirin. Sonda xırda doğranmış göy reyhan və nazik parmezan dilimlərini əlavə edin.

Panzanella salatı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: nazik, qarışdırın, üzərinə, zeytun, Çörək, reyhan, qabda, dilimlərini, dilimlərlə, parmezan, qırmızı, soğanı, uzunsov, pomidorları, soyudun, çıxarın, əlavə, Xıyarı, yarımhalqa, doğranmış
BİZİ İZLƏYİN