• Çiyələkli dondurma resepti

Reseptin məlumatları Baxış sayı: 3 950

Tarix : 17-05-2018, 20:00

Bölmə : Şirniyyatlar / Dondurmalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 yumurta sarısı,
250 ml süd,
250 ml qaymaq,
100 qr şəkər tozu,
2 stəkan çiyələk
vanil tozu

Hazırlanması:
Böyük bir qabda çiyələkləri əzərək şəkər tozunun yarısı ilə qarışdırın. Bir müddət soyuducuda saxlayın. Başqa bir dəmir qabda isə yumurta sarısı ilə südü və şəkərin qalan hissəsini qarışdırın. Sonra qabı vam ocağa qoyaraq qaynamağa qoymadan bircinsli məhlul alınana qədər qarışdırın. Şəkər tozu tam əriməlidir.

Alınan kütləni digər bir qaba boşaldaraq otaq temteraturuna qədər soyudun. Tam soyuduqdan sonra əldə edilən məhlulu 2-3 saatlığa dondurucuya qoyun. İçində buz dənələrinin yaranmaması üçün hər 20 dəqiqədən bir qarışdırmağı unutmayın.

Tam soyuduqdan sonra qarışığa qaymaq və vanil əlavə edin.

Nuş olsun!
Etiketlər: qarışdırın, yumurta, soyuduqdan, sonra, vanil, qabda, qədər, şəkər, qaymaq, sarısı, temteraturuna, soyudun, digər, Alınan, edilən, kütləni, əriməlidir, boşaldaraq, qoyun, qarışdırmağı
BİZİ İZLƏYİN