• Dəniz duzlu və ballı dondurma resepti

Reseptin məlumatları Baxış sayı: 12 659

Tarix : 31-01-2017, 17:00

Bölmə : Şirniyyatlar / Dondurmalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 fincan çalınmış krem
1 banka şəkərli qatılaşdırılmış süd
¼ fincan bal + 1 yemək qaşığı bəzək üçün + arzu olunarsa biraz daha servis üçün
½ çay qaşığı dəniz duzu

Hazırlanması:
Kremi bir kasaya tökərək əvvəlcə yavaş sürətlə mikserlə çalmağa başlayın, sonra sürəti artırın. Krem tamamən sərt forma alanacan 2 dəqiqə ərzində çalın. Kremi əl ilə də çala bilərsiz, lakin bunun üçün çox güc sərf etməli olacaqsınız.
Spatulanin köməyi ilə qatılaşdırılmış südü, ¼ fincan balı və ½ çay qaşığı dəniz duzunu kremin üzərinə əlavə edib bir- birinə tamamən hopanacan qarışdırın. Hava keçirməyən bir qaba töküb üstünə bir yemək qaşığı bal əlavə etdikdən sonra ağzı bağlı şəkildə dondurucuya qoyun.
6 saat ərzində qatılaşanacan dondurun.
Dondurma qaşığının köməyilə qablara tökün. Servis zamanı arzu olunarsa biraz balı dəniz duzuyla qarışdırıb üzərinə əlavə edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qaşığı, dəniz, əlavə, fincan, biraz, Kremi, olunarsa, tamamən, sonra, üzərinə, ərzində, qatılaşdırılmış, yemək, üstünə, etdikdən, bağlı, qarışdırın, birinə, hopanacan, şəkildə
BİZİ İZLƏYİN