• Kişmişli köklü apelsin suyuna batırılmış muffinlər resepti

Reseptin məlumatları Baxış sayı: 3 055

Tarix : 10-05-2017, 14:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Ağ kişmiş – ½ stəkan
Portağal şirəsi – 1 ədəd portağal
Qəhvəyi şəkər – 1/3 stəkan
Bitki yağı – 1,5 stəkan
Bal – ½ stəkan (istəyə görə muffinlərin üzərinə tökmək üçün)
Yumurta – 3 ədəd
Vanil – 1 paket
Zəncəfil tozu – ½ ç.q.
Un – 1,5 stəkan
Qabartma tozu – 2 ç.q.
Qida sodası – 1 ç.q.
Rəndələnmiş kök – 3 ədəd (incə formada olan kök)
Qoz ləpəsi – xırda şəkildə əllə doğranılmış

Krem üçün:
Şəkər kirşanı – yarım stəkan
Kərə yağı – 85 qr
Kəsmik – 80 qr
Krem şanti – 1 x.q.
Vanil – 1 ç.q.

Hazırlanması:
Üzüm, portağal suyunu qarışdırıb gecədən soyuducuda saxlayın. Sonra muffinləri bişirəcəyiniz səhəri gün isə sobanı 180 dərəcə qızdırın. Muffin qablarını yağlayın. Böyük bir qabda şəkəri, bitki yağını, balı, yumurtanı və vanili qarışdırın. Başqa bir qabda un, zəncəfil tozu, soda və bir çimdik duz qarışdırılır. Bu qarışımı birinci qarışığı əlavə edin və hamsını yaxşıca qarışdırın. İsladılmış yerkökü və kişmişləri də əlavə edib yenidən qarışdırın. Sonra hazır olan qarışımı formalı muffin qablarına əlavə edib 40-45 dəqiqə bişirin. Bişdikdən sonra isə qoyun soyusun ki, kremi üzərinə əlavə etmək olsun. Kremi əldə etmək üçünsə bütün ərzaqlar 10 dəqiqə ərzində blenderdən keçirilir. Nəticədə köpüklü məhlul alınır. Alınan kremi muffinlərin üzərinə əlavə edin, sonra isə qoz qırılmışları və azca bal ilə dekor edin. Qeyd edək ki, bu ərzaqlardan 12 ədəd muffin alınır.

Nuş olsun!
Etiketlər: stəkan, əlavə, üzərinə, qarışdırın, Sonra, qarışımı, Vanil, muffin, etmək, kremi, muffinlərin, portağal, sonra, alınır, dəqiqə, qabda, yenidən, hazır, kişmişləri, formalı
BİZİ İZLƏYİN