• Ləziz "Praqa" tortu resepti

Reseptin məlumatları Baxış sayı: 16 376

Tarix : 14-08-2017, 21:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Biskvit üçün:
1.5 st un,
100 ml qatılaşdırılmış süd,
2 ədəd yumurta,
1 st. şəkər tozu,
1 ç.q. soda,
1 x.q. üzüm sirkəsi

Krem üçün:
100 ml qatılaşdırılmış süd,
200 qr kərə yağı

Üzəri üçün:
iri doğranmış qoz ləpəsi

Hazırlanması:
Əvvəlcə şəkər tozu və yumurtanı ağarana kimi mikserlə çalırıq. Qatılaşdırılmış süd əlavə edib, çalmağa davam edirik. Üzərinə un, soda və üzüm sirkəsi töküb, qarışdırırıq. Hazırladığımız xəmiri soba qabına töküb, 160 dərəcə istilikli sobada 40 dəqiqə bişiririk. *Qeyd. İstəyə bağlı olaraq iki biskvit bişirib, daha böyük tort hazırlaya bilərsiniz.

Bu müddət ərzində kremi hazırlaya bilərsiniz. Krem üçün qatılaşdırılmış süd və kərə yağını mikserlə çalırıq. *Qeyd. Zövqə görə istənilən kremdən istifadə etmək olar.

Biskvit soyuduqdan sonra bıçaq və ya sapın köməyi ilə iki hissəyə ayırırıq. Hər birinin üzərinə krem çəkib, biskvitləri üst-üstə yerləşdiririk. Tortun üzərini iri doğranmış qoz ləpəsilə bəzəyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: bilərsiniz, qatılaşdırılmış, Biskvit, hazırlaya, çalırıq, töküb, mikserlə, doğranmış, sirkəsi, şəkər, istifadə, soyuduqdan, kremdən, etmək, yağını, ərzində, müddət, kremi, sonra, Zövqə
BİZİ İZLƏYİN