• Jeleli-şaftalılı tort resepti

Reseptin məlumatları Baxış sayı: 14813

Tarix : 12.10.2014, 22:00

Bölmə : Tort reseptləri, Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
Xəmir üçün:

2/3 st. un
3 yumurta
1/2 st. şəkər tozu
1 ç.q. qabartma tozu
vanil
kərə yağı (yağlamaq üçün)

Jele üçün:
1 banka şaftalı konservi
300 ml şaftalı şirəsi (siropu)
20 q jelatin
1 ç.q. limon şirəsi
2 ç.q. şəkər tozu

Hazırlanması:
Xəmiri hazırlamaq üçün yumurta, şəkər tozu və vanili qatı köpük alınıb həcmi artana qədər çalın. Sonra tədricən ələnmiş unu və qabartma tozunu əlavə edərək çalın.
Yağlanmış siniyə töküb üzərinə folqa çəkin və 180 dərəcə qızdırılmış sobada təxminən 30 dəqiqə bişirin. Sonra korju sobadan çıxarıb soyudun. Üst hissəsini kəsin. Divarlarını və dibini zədələmədən içini oyub çıxarın.

Jele hazırlamaq üçün şaftalı şirəsinin içinə jelatin töküb qarışdırın, 30 dəqiqə saxlayın. Şaftalı konservini blenderdə əzin (bir-ikisini bəzək üçün saxlayın). Sonra buraya şəkər tozu, limon şirəsi əlavə edib yenə blenderdə qarışdırın.

Jelatinli məhlulu ocağın üstünə qoyub jelatin tam əriyənədək qızdırın, sonra blenderdəki pürenin içinə töküb yaxşıca çalın.

Hazır jeleni içi oyulmuş korjun içinə tökün, kəsdiyiniz «qapağı» üstünə qoyun. Qalan jeleli püreni üstünə çəkin. Şaftalı dilimləri ilə bəzəyin.

Soyuducuda üç saat saxlayın.

Nuş olsun!
Etiketlər: şəkər, çalın, şaftalı, jelatin, saxlayın, üstünə, Sonra, şirəsi, içinə, töküb, hazırlamaq, çəkin, yumurta, əlavə, dəqiqə, blenderdə, Şaftalı, qabartma, limon, qarışdırın
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN