• Albalılı jele resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13360

Tarix : 5.11.2014, 19:00

Bölmə : Meyvəli şirniyyatlar, Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
300 ml albalı şirəsi (kompotu)
300 ml qaymaq (10-15%)
20 q jelatin
şəkər tozu (zövqə görə)
Albalılı jele resepti - FOTO RESEPT


Hazırlanması:
Jelatini 100 ml qaynadılmış soyuq suda isladıb 1 saat saxlayın. Qaymağın içinə zövqünüzə görə şəkər tozu (məsələn, 3 x.q.) əlavə edib, dənələr əriyənədək qarışdırın.
Şirə şirin deyilsə, ona da şəkər tozu əlavə edə bilərsiniz.
Şişmiş jelatinin yarısını ocağın üstünə qoyun, qaynara düşmək istəyən kimi götürün (qaynatmaq olmaz). Qaymaqla qarışdırın.
Uyğun formalara (stəkana, badəyə, kasaya və s.) yarısından doldurun (onları əyri də qoya bilərsiniz, amma fikir verin, içindəki axıb tökülməsin). Soyuducuda tam donanadək, təxminən 3-4 saat saxlayın.
Yerdə qalan şişmiş jelatini də ocağın üstünə qoyub qaynara düşmək istəyəndə götürün. Onu albalı şirəsi (və ya kompot) ilə qarışdırın. Formalardakı qaymaqlı jelenin üstünə əlavə edin. Yenə də tam donması üçün soyuducuya qoyun (3-4 saat).
Albalılı jele resepti - FOTO RESEPT

Albalılı jele resepti - FOTO RESEPT

Albalılı jele resepti - FOTO RESEPT

Albalılı jele resepti - FOTO RESEPT

Albalılı jele resepti - FOTO RESEPT

Albalılı jele resepti - FOTO RESEPT

Albalılı jele resepti - FOTO RESEPT

Albalılı jele resepti - FOTO RESEPT

Albalılı jele resepti - FOTO RESEPT


Nuş olsun!

Etiketlər: qarışdırın, əlavə, şəkər, üstünə, qaynara, götürün, bilərsiniz, qoyun, ocağın, saxlayın, düşmək, şirəsi, albalı, verin, içindəki, tökülməsin, donanadək, Soyuducuda, onları, kasaya
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN