• Şokoladlı-kokoslu tort resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 693

Tarix : 19-01-2017, 16:00

Bölmə : Tort reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 q kokos yonqarı
4 yumurta
300 q şəkər tozu
1 çimdik duz
2 q vanil
400 ml qaymaq
400 q südlü şokolad

Hazırlanması:
Kokoslu biskvit: yumurta ilə şəkər tozunu eynicinsli kütlə alınanadək çalın. Bu qabı su hamamına qoyun. Amma qabın dibi suya dəyməsin. Qarışdıraraq 60 dərəcəyədək qızdırın. Su hamamından götürüb mikserlə 8 dəqiqə, tam soyuyanadək çalın.

Kokos yonqarını 2-3 dəfəyə əlavə edin. Bir tərəfə olmaqla ehtiyatla qarışdırın.

Perqament döşənmiş formaya xəmiri boşaldıb yayın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada təxminən 20 dəqiqə bişirin. Bişib-bişmədiyini çöplə yoxlayın. Hazır biskvit görünüşcə bezeye oxşayır. Amma üzəri qazmaq kimi olsa da, içi yumşaq alınır.

Biskvit soyuyan müddətdə qanaş hazırlayın: qaymağın içinə şokoladı xırdalayıb tökün, daim qarışdıraraq şokolad tam əriyəndə götürün, amma qaynatmayın. Üzərinə plyonka çəkib soyudun.

Kokoslu korju 3 yerə bölün. Hər birinin üzərinə qanaş çəkib üst-üstə yığın. Üzəri və kənarına da qanaş çəkin, hamarlayın.

Bəzək üçün aysinqdən istifadə edə bilərsiniz: yumurta ağı, şəkər pudrası və limon duzundan hazırlanmış kremdən perqamentin üzərinə qar dənəcikləri naxışları salın. Tam quruyandan sonra kağızdan ayırıb tortu bəzəyin.

Şokoladlı-kokoslu tort resepti - FOTO RESEPT

Şokoladlı-kokoslu tort resepti - FOTO RESEPT

Şokoladlı-kokoslu tort resepti - FOTO RESEPT

Şokoladlı-kokoslu tort resepti - FOTO RESEPT

Şokoladlı-kokoslu tort resepti - FOTO RESEPT

Şokoladlı-kokoslu tort resepti - FOTO RESEPT

Şokoladlı-kokoslu tort resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: qanaş, yumurta, şəkər, biskvit, dəqiqə, üzərinə, çəkib, Kokoslu, çalın, şokolad, plyonka, Üzərinə, qaynatmayın, alınır, yumşaq, birinin, bölün, korju, soyudun, götürün
BİZİ İZLƏYİN