• Kəsmikli tort-sufle resepti

Reseptin məlumatları Baxış sayı: 9372

Tarix : 7.02.2017, 12:00

Bölmə : Şirniyyatlar » Tort reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
250 q kəsmik
200 q qaymaq
100 q şəkər tozu
1 ç.q. qabartma tozu
100 q şəkər pudrası
80 q un
40 ml su
20 q jelatin
4 ç.q. kakao tozu
2 x.q. bitki yağı
1 yumurta
250 q gilənar konservi
100 ml xama

Hazırlanması:
Biskvit: Yumurta ilə şəkər tozunu möhkəm çalın. Bitki yağı ilə qaymağı əlavə edin. Yenidən çalın. Unu kakao və qabartma tozu ilə qarışdırın, sonra hissə-hissə yumurtalı qarışığa əlavə edin. Eynicinsli kütlə alınanadək qarışdırın.

Xəmiri yağlanmış formaya tökün (amma hündürlüyü 3 sm-i keçməsin). 190 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Biskviti soyudun.

Krem: Jelatini suda isladıb 15-20 dəqiqə saxlayın. Kəsmiyi ələkdən keçirin. Qaymaq, vanil və şəkər pudrası qatın, mikserlə çalın. Şişmiş jelatini su hamamında qızdırıb kremə əlavə edin. Biskviti tərəfi 2 sm olan kublara doğrayın. İri kasaya yığıb üzərinə konservləşdirilmiş gilənarın suyunu tökün.

Kənarı açılan formanın dibi ilə kənarlarına qida plyonkası çəkin. Bir neçə qaşıq krem tökün, formanın içində bərabər yayın. Biskvitin üçdə birini, sonra gilənarın üçdə birini düzün, üzərinə krem çəkin. Proseduru iki dəfə təkrarlayın. Kremin qalanını üzərinə çəkin, hamarlayın. Tortun üzərinə plyonka çəkib soyuducuda 5-6 saat saxlayın.

Nuş olsun!

Etiketlər: şəkər, üzərinə, çalın, tökün, əlavə, çəkin, hissə, qarışdırın, sonra, Biskviti, formanın, gilənarın, birini, dəqiqə, saxlayın, kakao, pudrası, qabartma, konservləşdirilmiş, soyuducuda
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN