• Kakaolu tort resepti

Reseptin məlumatları Baxış sayı: 46 912

Tarix : 17-12-2016, 14:00

Bölmə : Şirniyyatlar / Tort reseptləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Biskvit üçün:
Un 2 skt.
5 yumurta
1 stəkan şəkər tozu
3 x.q. kakao
1 paket qabartma tozu

Krem üçün:
Qatılaşdırılmış süd 400q
Qaymaq (30-33% yağlı) 0,5l

Hazırlanması:
Yumurtanın ağını 1/2 stəkan şəkər tozu ilə 'köpük' halına gələnə kimi çalın. Yumurtanın sarısını qalan şəkər tozu ilə çalın. Un, kakao və qabartma tozunu birləşdirib, yumurtanın ağı və sarısı ilə qarışdırın. Xəmiri öncədən yağlanmış bişirmə formasına tökun. Sobanızı 180 dərəcəyə qədər qızdırıb, 15 dəqiqə ərzində biskviti bişirin. Hazır biskvit soyuyandan sonra onu 2 hissəyə(alt,üst) ayırın. Kremi hazırlamaq üçün qaymağı mikser vasitəsi ilə çalıb, yavaşca qatılaşdırılmış südü əlavə edin. Krem qatilaşana kimi çalmağa davam edin. Hazır kremi biskvit hissələrin üzərinə yaxıb, hissələri bir birinin üzətinə yerləşdirərək tortu formalaşdırın. Üst hissəyə kakao tozu səpin. Kremin qalan hissəsini qənnadi şprisə yerləşdirib, quzunun yununu və gözlərini formalaşdırın. Tortumuz hazırdı! :) Hazır tortu bir neçə saatlıq soyuducuya qoyun.

Nuş olsun!
Etiketlər: kakao, şəkər, Hazır, biskvit, stəkan, çalın, qalan, formalaşdırın, Yumurtanın, qabartma, tortu, hissəyə, yaxıb, üzərinə, davam, kremi, çalmağa, hissələrin, əlavə, vasitəsi
BİZİ İZLƏYİN