• Haydari resepti

Reseptin məlumatları Baxış sayı: 5 077

Tarix : 28-05-2017, 20:00

Bölmə : Souslar / Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tarix boyu süzmə süfrəmizin ayrılmaz bir hissəsinə çevrilmişdir. Ən çox uşaqların əlavə qidaya başlamaqları səbəbilə evdə, təbii süddən, sevə-sevə hazırlanan süzmənin faydalarını bölüşmək istəyirik. Süzmə olduqca faydalı və az kalorilidir. ( 100 qr-da təxminən 60-80 kKal). O parazit bakteriyaları aradan götürür, mədədə olan mikrafloranı yaxşılaşdırır və immuniteti artırır. Hələ qədim zamanlardan səyyahlar özləri ilə bu məhsulu qurudulmuş halda uzun yola götürürdülər, çünki həm doyumlu, həm faydalı, həm də gec xarab olan məhsullardandır. Üstəlik süzmə istənilən zaman az miqdarda suyla qarışdırıldıqda yenidən qatıq ola bilər və yaxud ona lap çox su əlavə etsək, sərinləşdirici bir ayran əldə edə bilərik. Beləliklə süzmədən hazırlanan, türk mətbəxinin faydalı və sağlam qida nümunələrindən biri olan Haydari adlanan, böyük və balacalar üçün çox dadlı soyuq qəlyanaltını sizə təqdim edirik.

Tərkibi:
2 stəkan süzmə,
2-3 diş sarımsaq,
1 dəstə şüyüd,
1 x.q quru nanə,
zeytun yağı,
Zövqə görə duz.

Hazırlanması:
Bütün verilən ərzaqlar yaxşıca qarışdırılır. Doğranılmış tərəvəzlərlə-xiyar, bibər, kök və s. ilə ideal vəhdət təşkil edir.

Nuş olsun!
Etiketlər: faydalı, süzmə, əlavə, hazırlanan, adlanan, sağlam, nümunələrindən, Haydari, böyük, qəlyanaltını, soyuq, dadlı, balacalar, mətbəxinin, Beləliklə, bilər, qatıq, yenidən, qarışdırıldıqda, yaxud
BİZİ İZLƏYİN