• İftar menyusu üçün şorba resepti

Reseptin məlumatları Baxış sayı: 8 594

Tarix : 23-06-2017, 19:00

Bölmə : Sulu yeməklər / Şorbalar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 fincan düyü,
2 ədəd limon suyu,
1 stəkan un,
2 çömçə qatıq,
4 ədəd kartof,
1 yemək qaşığı nanə,
3 çay qaşığı duz,
1 ədəd yumurta,
2 yemək qaşığı marqarin,
8 su stəkanı sümük suyu və ya su.

Hazırlanması:
Sümük suyunu və ya suyu qaynadın. Yuyulmuş düyünü əlavə edib, bişirin. Un, limon suyu, qatıq və yumurtanın sarısını az miqdarda su əlavə edərək çırpın. Qaynamaqda olan suya yavaş-yavaş əlavə edərək, davamlı qarışdırın. Özünə gələnə kimi bişirin. Əridilmiş 2 yemək qaşığı marqarini nanə ilə qızardıb, şorbanın üzərinə səpin. Kiçik kublar halında doğranmış kartofları duru yağda qızardıb, süzün və şorbaya əlavə edin. Duz əlavə edib, ocaqdan alın.

Nuş olsun!
Etiketlər: əlavə, qaşığı, yemək, yavaş, qızardıb, bişirin, edərək, limon, qatıq, şorbanın, üzərinə, səpin, marqarini, Özünə, gələnə, Əridilmiş, Kiçik, süzün, şorbaya, ocaqdan
BİZİ İZLƏYİN