Tərkibi:1 kq kartof
1 yumurta
0.5 st. un
1 x.q. nişasta
duz
qara istiot
əlavə:göbələk sousu, yaxud xama (mayonez)
Hazırlanması:Kartofu suda qabıqlı bişirin. Soyudub təmizləyin. Sürtgəcdən keçirin. Yumurta, nişasta, un, duz, istiot qatıb xəmir yoğurun. Un səpilmiş masada 3-4 mm qalınlıqda yayın. Romblara doğrayn. Formanı yağlayın. Rombları içinə düzüb 200 dərəcə qızdırılmış sobada 10-15 dəqiqə, üzəri qızaranadək bişirin. Sonra çevirib o biri üzünü də bişirin.
Kartoflu şvilpikayı süfrəyə göbələk sousu ilə verirlər. Göbələk sousu olmayanda adi xama və ya mayonezdən də istifadə etmək olar.
Nuş olsun!
Etiketlər: sousu, bişirin, göbələk, istiot, nişasta, üzəri, dəqiqə, qızaranadək, Sonra, sobada, düzüb, Rombları, içinə, çevirib, dərəcə, qızdırılmış, şvilpikayı, olmayanda, mayonezdən, istifadə