• Kartoflu börək resepti

Reseptin məlumatları Baxış sayı: 34 900

Tarix : 15-05-2017, 16:00

Bölmə : Tərəvəz yeməkləri / Börəklər / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Yuxa – 3 ədəd yuxa
Qaynadılmış kartof – 4 ədəd
Su – yarım stəkan
Duru yağ – yarım stəkan
Yumurta – 1 ədəd (sarısı börəyin üzərinə çəkiləcək)
İstiot, duz

Hazırlanması:
Qaynadılmış kartoflar püre halına gətirilir. Püreyə sürtgəcdən keçirilmiş pendir, keşniş, yumurta ağı, duz və istiot əlavə edilib qarışdırılır. Bir qabda su və duru yağ qarışdırılır. Birinci yuxanı qoyuruq taxtanın üzərinə su və yağ qarışımını yuxanın hər yerinə yayırıq. İkinci yuxanı ilk yuxanın üzərinə salıb üzərinə su və yağ qarışımından çəkirik. Üçüncü yuxa ilə də eyni proses davam edir. Üst-üstə qoyulmuş yuxalar 8 bərabər üçbucaq hissələrə ayrılır. Üçbucaqların geniş hissəsinə kartoflu içlik qoyulur, siqaret börəyi şəklində bükülür. Hazır olan börəklər yağlanmış formaya yığılır, üzərlərinə yumurta sarısı çəkilir və əvvəlcədən qızdırılmış 190 dərəcəli sobada bişirilir, isti-isti servis edilir.

Nuş olsun!
Etiketlər: üzərinə, yumurta, Qaynadılmış, qarışdırılır, yuxanın, yuxanı, sarısı, stəkan, yarım, kartoflu, içlik, qoyulur, börəyi, siqaret, ayrılır, bərabər, yuxalar, üçbucaq, hissələrə, geniş
BİZİ İZLƏYİN