Tərkibi:alma – 4 ədəd
qaynadılmış krevetka - 100 qram, krevetkanı çox sevənlər miqdarını artıra bilərlər.
qoz ləpəsi - 100 qram
limon şirəsi - 1 çay qaşığı
mayonez 2-3 xörək qaşığı
Hazırlanması:Krevetkanı salat kasasına tökün, almanı nazik dilimləyin. Limon şirəsini eyni ölçüdə adi su ilə qarışdırın və almanın üzərinə səpin. Qoz ləpəsini xırdalayıb, salata əlavə edin. İnqrediyentləri yaxşı qarışdırın, mayonez qatın. Dadların bir-birinə qarışması üçün salatı 30 dəqiqə soyuducuda saxlayın.
Nuş olsun!
Etiketlər: qarışdırın, mayonez, qaşığı, ləpəsini, xırdalayıb, salata, əlavə, səpin, üzərinə, ölçüdə, olsun, almanın, İnqrediyentləri, saxlayın, qarışması, salatı, dəqiqə, birinə, Dadların, şirəsini