• Qaymaqlı sousda krevetka resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 221

Tarix : 6-05-2016, 17:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 4-6


Tərkibi:
500 qr təzə və iri krevetka
zövqə görə otlar (kəklikotu və ya digər)
1 diş sarımsaq
1 dəstə cəfəri
1 ədəd acılı çili bibəri
5 x/q zeytun yağı
100 qr kərə yağı
1 ədəd limon şirəsi
duz
istiot (ağ və ya qara zövqə görə)

Hazırlanması:
1. İnqredientlər.
2. Kərə yağı zeytun yağında əridilir. Qızandan sonra xırda doğranmış acılı bibər əlavə edilərək 30 saniyədən sonra tavadan götürülür. Ardınca otlar (doğranmamış) və xırda doğranmış sarımsaq əlavə edilir. Onların üzərinə krevetkalar düzülür və limon şirəsi səpilir. Təqribən 3 dəqiqə qızardılır, duz və istiot əlavə edilir.
3. Çevirilir, üzərinə cəfəri səpilir və 2 dəqiqə qızarandan sonra tavanın altı söndürülür. Krevetkalar hazırdır! Əsas odur ki odda çox qalmasınlar, yoxsa rezin kimi olarlar.
4. Süfrəyə verərkən yanında düyü və yarı laym (limon) verilir, üzərinə göyərti səpilir.

Qaymaqlı sousda krevetka resepti - FOTO RESEPT

Qaymaqlı sousda krevetka resepti - FOTO RESEPT

Qaymaqlı sousda krevetka resepti - FOTO RESEPT

Qaymaqlı sousda krevetka resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: limon, əlavə, sonra, səpilir, üzərinə, edilir, acılı, şirəsi, dəqiqə, doğranmış, xırda, cəfəri, istiot, zeytun, otlar, zövqə, sarımsaq, Təqribən, verilir, yanında
BİZİ İZLƏYİN