• Qaymaqlı-kəsmikli tort resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 39 321

Tarix : 14-08-2014, 12:00

Bölmə : Tort reseptləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Biskvit:

55 q un
40 q qarğıdalı nişastası
2-3 yumurta
60 q şəkər tozu
35 q əridilmiş kərə yağı
1 ç.q. vanil ekstraktı və ya 2-3 q vanili şəkər
1 ç.q. limon sedrası
1 çimdik duz

Krem:
6 q jelatin
280 q kəsmik (yağlılığı 9%-dən çox olsun)
120 q şəkər pudrası
110 q xama
400 qaymaq (35-38% yağlılıqlı)
1/2 ç.q. limon sedrası
1/2 ç.q. portağal sedrası
0,5 limonun şirəsi
0,5 portağalın şirəsi
1 çimdik duz

Meyvəli jele:
150 q ərik cemi və ya mürəbbəsi (meyvə dilimisiz)
3 ç.q. tort üçün şəffaf jele
2 ç.q. limon şirəsi
5-6 x.q. su

Hazırlanması:
Göstərilən ərzağın qədəri 23 sm diametrli tort üçün nəzərdə tutulub.

Biskvit:
Unu nişasta ilə qarışdırın, ələyin.

Ayrı kasada yumurta, şəkər tozu, vanil ekstraktı, limon sedrası və duzu qarışdırıb mikserin orta sürətində 5-6 dəqiqə çalın. Həcmi 2,5-3 dəfə artmalıdır.

Bu qarışığın 1/4-ni un və nişasta qarışığı ilə qarışdırın, sonra isə qalanını əlavə edib eytiyatla, eynicinsli kütlə alınanadək çalın. Sonda ərinmiş kərə yağı əlavə edib qarışdırın.
Qaymaqlı-kəsmikli tort resepti - FOTO RESEPT


Sobanı 180 dərəcə C-dək qızdırın.
Qaymaqlı-kəsmikli tort resepti - FOTO RESEPT


Kənarı açılan formanın dibinə perqament döşəyin. Xəmiri töküb yayın. 30 dəqiqə, qızarıncayadək bişirin. Kibrit çöpü ilə bişib-bişmədiyini yoxlayın. Formadan çıxarmadan tam soyudun. Soyuyandan sonra bıçaqla kənarlarını formanın qırağından ayırın.
Qaymaqlı-kəsmikli tort resepti - FOTO RESEPT


Krem:
Jelatini 3-4 x.q. qaşığı soyuq suda isladın.
Kəsmik iri dənəvərdirsə, ələkdən keçirin. Limon və portağalın sedrasını çıxarıb şirələrini sıxın.
Qaymaqlı-kəsmikli tort resepti - FOTO RESEPT


Bir qabda kəsmik, sedra, süzülmüş şirə, xama, duz və şəkər pudrasını qarışdırın. Eynicinsli kütlə alınması üçün blenderdə xırdalayın. Sonra yenidən ləyənçəyə tökün.
Qaymaqlı-kəsmikli tort resepti - FOTO RESEPT


Şişmiş jelatini su hamamında qızdırıb qarışdırın, 1/4 hissəsini kəsmikli qarışığa əlavə edin, qarışdırın, sonra isə yerdə qalanını da buraya qatıb qarışdırın.

Bir qabı dondurucuda soyudun. Sonra onu çıxarıb içinə qaymağı tökün, mikserlə qatı köpük alınınca möhkəm çalın. Sonra bunu kəsmikli qarışığın üstünə qoyun, tam həll olunca səliqəylə qarışdırın (mikser gərək deyil).
Qaymaqlı-kəsmikli tort resepti - FOTO RESEPT


Kənarı açılan formanın (içində biskvit olanın) kənarına asetat plyonkası çəkin. (Əgər beləsi yoxunuzdursa, problem deyil. Sonra sufleni ayırmaq lazım gələndə adi saç feni ilə formanın kənarını bayırdan qızdırın, asanlıqla aralanacaq).

Kəsmikli-qaymaqlı kremi formanın içindəki biskvitin üzərinə tökün. Hamarlayın, üzərinə folqa çəkib soyuducuda minimum 2 saat saxlayın.
Qaymaqlı-kəsmikli tort resepti - FOTO RESEPT


Meyvəli jele:
Bir qazançada ərik cemi, jele, şirə və suyu qarışdırın. Jele mayedə həll olanadək qarışdırın. Orta itilikli ocağın üstünə qoyun, qaynara düşənədək qarışdırın, qaynara düşəndə ocağı azaldın, vam odda 1 dəqiqə qaynadın.

Ocaqdan götürüb ələkdən süzün ki, meyvə hissələri qalmasın.
Qaymaqlı-kəsmikli tort resepti - FOTO RESEPT


Hazır jeleni soyumuş tortun üzərinə tökün, formanı əlinizdə ora-bura əyməklə hamarlayın. Soyuducuda 1 saat saxlayın.

Sonra isə meyvə ilə bəzəyin.
Qaymaqlı-kəsmikli tort resepti - FOTO RESEPT

Qaymaqlı-kəsmikli tort resepti - FOTO RESEPT

Qaymaqlı-kəsmikli tort resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: qarışdırın, şəkər, formanın, Sonra, limon, sedrası, tökün, meyvə, sonra, əlavə, şirəsi, çalın, dəqiqə, üzərinə, qalanını, yumurta, kütlə, kəsmik, qarışığın, vanil
BİZİ İZLƏYİN