• Yuxalı börək içi pendirli resepti

Reseptin məlumatları Baxış sayı: 5 426

Tarix : 8-05-2018, 12:00

Bölmə : Börəklər / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban (azerifoodie)


Tərkibi:
yuxa
pendir
spanax yaxud pazı başı
günəbaxan yağı
Üstünə yumurta və qara küncüt
Ölçü vermirəm, adambaşı sayısına görə və börəyi bişirdiyiniz qabın ölçüsünə görə işinizi tutun.

Hazırlanması:
1.Pendiri duzlu sudan çıxardın,5 dəq bez üstündə saxlayın ki, artıq suyu çəkilsin. Çəngəllə xırdalayın.
2. Göyərtini yuyub bez üstünə sərin ki suyu çəkilsin. Xırda doğrayın.
3. Pendir və göyərtini qarışdırın. İçlik hazır.
4. Yuxa təzə götürün, bayat yuxa bükəndə cırılır. Açın yuxanı və azacıq günəbaxan yağ sürün üstünə mətbəx flrçası ilə. Sonra içlik səpin hər tərəfinə. Çox bol etməyin, bükəndə yuxa cırılır, ara -sıra səpin. Beləcə lazım olan qədər yuxadan dürməklər hazırlayın (hamı bilir dürmək nədir ? )) Sonra dibi və kənarları yağlanmış qaba o dürməkləri yığın.Yığmaq şəkli önəmli deyil, necə sizə rahatdır.
1 yumurtanı 1 y.q. yağ ilə çəngəl ilə açın. Börəyin üstünə sürün fırça ilə, varsa küncütdən - müncütdən səpin və əvvəldən 190 t isidilmiş sobada üstü qızaranadək bişirin (25-30 dəq).

Nuş olsun!
Etiketlər: üstünə, səpin, bükəndə, Sonra, çəkilsin, sürün, cırılır, günəbaxan, bilir, hazırlayın, dürməklər, dürmək, nədir, dürməkləri, yağlanmış, kənarları, yuxadan, qədər, spanax, içlik
BİZİ İZLƏYİN