Mətbəxdə tətbiq olunan bəzi praktik məlumatlar həm yeməklərin daha asan aparılmasına, həm də daha ləzzətli olmasına yardımçı olur. İşini bilənlərin una, keks qəlibinə, ya da sobaya etdiyi kiçik müdaxilələr həm həyatını asanlaşdırır, həm də hazırladıqlarının ləzzətinə ləzzət qatır.
Ekspertlərin diqqət yönəltdiyi püf nöqtələrini bu xəbərdə sizin üçün yığdıq.
Xəmir açmaq əziyyətli bir işdir. Bu işi daha asan hala gətirmək üçün mərdanə istifadə edə bilərsiz. Xəmiri neylon poket içinə qoyaraq bu üsulu yoxladıqda daha asan açıldığını və konsistensiyanın pozulmadığını görəcəksiniz.
Şirin xəmirində xəmirin yumaq əmələ gəlməsi və istənilən konsistensiya olmaması ciddi bir təhlükədir. Bunu əngəlləmək üçün 1 yumurtanın sarısını xəmirə qarışdıraraq xəmiri yoğurmağa davam edin. Beləliklə, xəmirdə yumaq əmələ gəlmə yox olacaq.
Xəmir açıldıqdan sonra mətbəx dəzgahın çirklənəcək. Stolunuzu asanlıqla təmizləmək üçün üstünə bir az duz tökün və sonra nəmli bir dəsmal köməyi ilə silin. Beləliklə, unun qalıqlarından daha asan xilas olacaqsınız.
Meyvəli tort və ya keks etdiyiniz zaman meyvələrin ən altda qalmaması üçün meyvələri ən başdan bir az nişasta və ya un ilə qarışdırdıqda xəmirin içində bərabər şəkildə dağılırlar.
Yeni bişmiş peçenyeləri məcməyidən çıxarmaq üçün gözlərsəniz dağıla bilərlər. Bu səbəblə kökələri ya çox isti çıxarın və ya məcməyi soyuyanda məcməyi yenidən sobaya verərək bir neçə dəqiqə təkrar isindirin. Bu sayədə daha sonra kökələr parçalanmır.
Tortun bişəndən sonra asanlıqla qəlibdən çıxması üçün qəlibi xəmiri tökmədən əvvəl maye yağ ilə yağlamağı unutmayın. Bu üsulla bişəndən sonra tortunuz daha asan çıxdığını görəcəksiniz.
Tortun dağılmadan çıxması üçün başqa bir metod də qəlibi sobadan çıxardıqdan sonra təxminən 10 dəqiqə qədər nəm bir dəsmalın üzərində soyudur. Bu prosesdən sonra bıçaq yardımı ilə bir az havaya qaldırdığınız tortun rahatlıqla qəlibdən çıxdığını görəcəksiz.
Un xəmir işi üçün əvəzolunmaz materiallardan biridir. Uzun müddət istifadə olunmayan un pozulmağa üz tutur. Bankanın içinə bir miqdar dəfnə yarpağı qoyaraq unun pozulmasını mane ola bilərsiz.
Əvvəlki gündən qalmış makaronları yenidən isitmək istəyəndə tavaya qoyarkən ortasını boş qoyaraq hazırlasanız makaronun daha rütubətli və daha asan isindiyini görəcəksiz.
Tort, piroq və kökələrin daha asan bişirilməsi və daha ləzzətli olması üçün sobanızı bişirmə seansından 10 dəqiqə qədər əvvəl isitməyə başlamalısınız.
Etiketlər: sonra, qoyaraq, dəqiqə, bişəndən, əvvəl, istifadə, asanlıqla, Xəmir, qəlibi, bilərsiz, qəlibdən, çıxdığını, xəmirin, yumaq, əmələ, qədər, görəcəksiniz, xəmiri, Tortun, içinə