• Mətbəx mebelləri materialları

Reseptin məlumatları Baxış sayı: 2 708

Tarix : 2-06-2019, 18:00

Bölmə : Mətbəx dekorasiyası


Mətbəx evin digər otaqlarından tamamilə fərqlidir. Belə ki, mətbəx otağına mebel alarkən onun suya, zərbəyə, buxara, yüksək tempratura davamlı olmağı və eyni zamanda gözə xitab etməyi çox vacibdir. Mətbəx mebeli hazırlatmadan öncə mebelin materialına qərar verməlisiniz. Dolabların gövdəsi və qapaqlarını müxtəlif materiallardan hazırlamaq mümkündür, lakin bu materialların seçimində diqqətli davranmalısınız. Çünki, mebeli uzunmüddətli istifadə edəcəyiniz üçün materialın dözümlülüyü vacibdir.

Mətbəx dolabları üçün hansı materiallar istifadə edilməli?
Doğru seçim etməyiniz üçün siz ilk öncə materiallardan xəbərdar olmalısınız.

MDF – Orta sıxlığa malik taxtalifi mənasındadır. Ağac lifləri ilə yapışdırıcının yüksək temperaturda preslənməsindən hazırlanır, ekoloji cəhətdən qiymətlidir. Liflər sıx olduğu üçün MDF löhvələr çox möhkəm materiala sahib olur.

Rəngləmək və laminə etmək üçün ideal bir seçim olub, ağacın bütün üstünlüklərinə malikdir və ağacdan daha ucuz materialdır.

MDF-in xüsusiyyətləri:
İstənilən divarda MDF materialdan olan mətbəx quraşdırmaq mümkündür.

Münasib qiymətə, yüksək keyfiyyətə malikdir.

Asan quraşdırılır.

Sərtlik dərəcəsində ağacdan geri qalmır.

Nəmə, rütubətə davamlıdır.

LDSP - Laminat. Preslənmiş ağac yonqasının üzlənməsindən əldə olunur. DSP, istənilən rəng çalarında üzlənə bilir, ən ucuz materialdır.

Təbii ağac- İstənilən ağacdan mətbəx mebeli hazırlamaq mümkündür. Klassik mebellərdə geniş istifadə edilir və qiymətcə digər materiallardan daha bahadır.

İstəyə bağlı olaraq, şüşə, güzgü və başqa materiallar da mətbəx mebeli hazırlanmasında istifadə edilə bilər.

Parlaq mətbəx mebelinə sahib olmaq istəyirsinisə, High Gloss mətbəx dolablarını seçə bilərsiniz. High Gloss modellər yüksək səviyyədə olan texnologiya ilə istehsal edilir. Mətbəx mebelinin parlaq səthləri sayəsində otaq olduğunda daha geniş görünüşə sahib olur.

Mətbəx mebeli dəzgahında süni mərmər istifadəsi.
Mətbəx mebeli dəzgahı üçün ən yaxşı material süni mərmərdir. Mətbəxdə daimi olaraq iş görürsünüzsə süni mərmər ideal seçimdir. Bir çox rəngdə hazırlana bilən mərmərlər hər bir stildə, əsasən də modern və klassik üslubda istifadə edilir. Krem və bej kimi neytral rəngli süni mərmərlər demək olar ki, əksər mətbəxlərə uyğundur.
Etiketlər: mebeli, mətbəx, Mətbəx, istifadə, yüksək, sahib, materiallardan, mümkündür, edilir, ağacdan, digər, vacibdir, Gloss, ideal, seçim, olaraq, İstənilən, hazırlamaq, geniş, materiallar
BİZİ İZLƏYİN