• Qəhvə ilə arıqlayın

Reseptin məlumatları Baxış sayı: 14 612

Tarix : 28-06-2015, 10:00

Bölmə : Pəhriz (diet)


Kilo verməyə köməkçi qəhvə, yağ yandırıcı qidalar qrupundakı üç təməl vəsaitdən meydana gəlir: süd, darçın və qəhvə.
Qəhvə iştah kəsməyə kömək edər, tez-bazar və ya çox yemə istəyini kəsər.
Darçın isə həm qan şəkərini tarazlar, həm də adamın şirin, həddindən artıq yemə istəyini önləyər.

Yağ yandırıcı qəhvə necə edilər?

Vəsaitlər:

-1 su stəkanı süd
-1 ədəd çubuq darçın
-1 çay qaşığı gold və ya klassik qəhvə

Hazırlanması:
-Yağ yandırıcı qəhvə üçün istifadə edəcəyiniz südü mütləq gecədən hazırlamağı unutmayın.
-Gecədən südü və çubuq darçını kiçik bir qazana alıb az odda qaynadın.
-Bunu etmənizin məqsədi, darçının özlərini yaxşıca südə buraxmasını təmin etməkdir.
-Süd, bir daşam qaynadıqdan sonra qazın üstündən götürün və səhərə qədər içində darçını da buraxıb gözlədin. Yağ yandırıcı qəhvənizi içmək üçün ən ideal saat axşamüstü 4 və ya 5 saatlarıdır, çünki bu saatlarda enerji düşər və insan axşam yeməyində həddindən artıq miqdarda yemək istər. İşdə, həm bunu önləmək həm də yağ yandırmağa kömək üçün saat 4 və ya 5 kimi qəhvənizi için.

Qəhvəni isə, gecədən hazırladığınız darçınlı südü yenidən istilədib bir çay qaşığı qəhvə əlavə edib qarışdıraraq edin.

Ancaq, yağ yandırıcı qəhvədən fayda görmək üçün bir neçə nöqtəyə diqqət etməniz lazımdır:

1. Qəhvənin yanında mütləq 2 böyük stəkan su içməlisiniz ki, yandırılan yağlar tər və ya sidik yoluyla çölə atılsın.
2. Bu qəhvəni əsla ikisi, üçü bir yerdə qəhvələrlə etməyin; onlar gerçək qəhvə deyil, kimyəvi qarışıqlardır. Gold, klassik və ya filtr istifadə edə bilərsiniz.
3. Qəhvənin bədəndə təsir göstərə bilməsi üçün ən az 1 həftə nizamlı istifadə etməlisiniz, 2 gün içib buraxmaq yox.
4. Çubuq darçın istifadə baxımından çox rahat amma əgər evdə yoxsa, bir çay qaşığı toz darçınla da südü qaynada bilərsiniz.
Etiketlər: qəhvə, yandırıcı, istifadə, qaşığı, darçın, çubuq, həddindən, bilərsiniz, artıq, klassik, Qəhvənin, darçını, mütləq, istəyini, qəhvənizi, gecədən, kömək, görmək, diqqət, nöqtəyə
BİZİ İZLƏYİN