• Bulğurlu börək resepti

Reseptin məlumatları Baxış sayı: 2 746

Tarix : 5-04-2019, 12:00

Bölmə : Duzlu xəmir işləri / Börəklər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : Yox


Tərkibi:
2 ədəd yuxa,
1 stəkan plovluq bulğur,
250 q pendir,
1 dəstə cəfəri,
1 dəstə şüyüd,
Duz,
İstiot,
pul bibər

Qızartmaq üçün:
Maye yağ,

Hazırlanması:
Plovluq bulğurun üzərini keçənə qədər su əlavə edib bişirin və suyunu süzün.
Bişirdiyiniz bulğurun üzərinə ufalanmış pendiri, incə doğranmış cəfəri və şüyüdü əlavə edib ədviyyatları da qarışdırın.
Yuxaları üst üstə qoyaraq rulon şəklində bükün.
Rulon yuxaları 4 barmaq enində kəsin.
Hər bir kəsiyin uc hissəsinə bolca hazırlanan içlikdən qoyub üçbucaq şəklində qatlayın.
Qızğın bol maye yağda börəklər qızılı rəng alana qədər qızardın.
İsti halda servis edin.

Nuş olsun!
Etiketlər: bulğurun, əlavə, şəklində, cəfəri, qədər, dəstə, kəsin, kəsiyin, bolca, enində, hissəsinə, barmaq, servis, bükün, Rulon, yuxaları, hazırlanan, qoyub, yağda, börəklər
BİZİ İZLƏYİN