Tərkibi:yarım stəkan ilıq süd
yarım xörək qaşığı şəkər tozu
kibrit qutusu böyüklüyündə yaş maya
1 ədəd yumurta
1 stəkan duru yağ
yarım dəstə şüyüd
kifayət edəcək qədər un
duz
İçi üçün:zeytun əzməsi Üstü üçün:
1 ədəd yumurta sarısı
Hazırlanması:İlıq süd və şəkəri bir qabda qarışdırın. Mayanı əlavə edin.
Təxminən 10 dəqiqə gözlədin. Üzərinə 1 ədəd yumurtanı əlavə edin və qarışdırın.
Sonra 1 stəkan bitki yağı , incə doğranmış yarım dəstə dərəotunu , ala bildiyi qədər un və duzu əlavə edin.
Çox yumşaq bir xəmir əldə edənə qədər yoğurun. Üzərinə nəmli bir dəsmal örtün , təxminən bir saat mayalanmasını gözləyin.
Xəmirdən qoz iriliğində parçalar qoparın. Əlinizdə yumrulayıp açın.
Ortasına 1 çay qaşığı zeytun əzməsi qoyun. Ağzını büzün , bağlayın.
Üzərində çevirərək yağlanmış nimçəyə düzün.
Üzərinə Bir fırça köməyiylə yumurtanın sarısını sürün .
Əvvəldən isidilmiş 180 dərəcəli sobada bişirin.
Nuş olsun!
Etiketlər: yarım, qədər, stəkan, Üzərinə, əlavə, yumurta, dəstə, əzməsi, zeytun, qaşığı, qarışdırın, qoyun, Ağzını, büzün, bağlayın, Əlinizdə, Xəmirdən, gözləyin, mayalanmasını, iriliğində