Tərkibi:Xəmir üçün:4 st un,
yarım st süd,
4 x.q. duru yağ,
1 ədəd yumurtanın sarısı,
1 ç.q. maya,
1 ç.q. şəkər toz,
yarım ç.q. duz
Sos üçün:4 ədəd pomidor,
1 diş sarımsaq,
3 x.q. duru yağ
Üzəri üçün:2 ədəd bibər,
3 ədəd sosiska,
130 qr pendir
Hazırlanması:İlk öncə ilıq süd, maya və şəkəri kiçik bir qabda qarışdırıb, şişənə kimi gözləyirik. Hazır olduqdan sonra xəmir üçün qeyd edilmiş digər ərzaqlarla birlikdə qarışdıraraq ələ yapışmayan xəmir yoğururuq. Xəmiri acıması üçün 1-1.5 saat isti yerdə gözlədirik. Bu müddət ərzində sosu hazırlaya bilərsiniz.
Sosu hazırlamaq üçün xırda doğranmış pomidoru duru yağ və sarımsaqla birlikdə təqribən 5-6 dəqiqə bişirmək lazımdır.
Xəmir hazır olduqdan sonra zövqə görə isənilən qalınlıqda yayaraq, hər tərəfinə eyni bərabərdə bişirdiyimiz sosu əlavə edirik. Üzərinə halqa şəklində doğranmış bibər və sosisləri düzüb, sürtgəcdən keçirilmiş pendir tökrük. Son olaraq kənarlarına pendir dilimi qoyub, qırıqlarını bükürük. Sobada 200 dərəcədə istilikdə 15-20 dəqiqə bişiririk.
Nuş olsun!
Etiketlər: pendir, sonra, olduqdan, birlikdə, Xəmir, dəqiqə, doğranmış, bibər, xəmir, yarım, tərəfinə, yayaraq, bərabərdə, əlavə, edirik, qalınlıqda, bişirdiyimiz, zövqə, bişiririk, bişirmək