Tərkibi (4-litrlik qazan üçün):500 q ət
200 q lobya
200 q duzlu kələm (sadə də olar)
800 q kartof
150 q yerkökü
150 q soğan
3-4 x.q. ketçup, yaxud tomat pastası
duz
istiot
Hazırlanması:Lobyanı 3-4 saat soyuq suda saxlayın. Əti xırda tikələrə doğrayın. Üstünə su töküb ocağın üstünə qoyun, 1 saat bişirin. Sonra lobyanı əlavə edib 30-40 dəqiqə bişirin.
Kartofu təmizləyin, uzun-uzun, ya da kubik doğrayın. Lobya hazır olmağa yaxın kartofu əlavə edin. Sonra kələmi əlavə edib 10 dəqiqə də qaynadın.
Soğanı xırda doğrayın. Yerkökünü sürtgəcin orta gözündən keçirin. Soğanı bitki yağında qovurun. Yerkökünü də əlavə edib qovurun. Sonra tomat pastasını əlavə edərək 5 dəqiqə bişirin. Bunları qazana tökün. Lazım gələrsə, duz vurun. Kartof hazır olana qədər bişirin.
Nuş olsun!
Etiketlər: əlavə, bişirin, Sonra, doğrayın, dəqiqə, Soğanı, Yerkökünü, tomat, xırda, qovurun, hazır, gözündən, bitki, keçirin, sürtgəcin, qaynadın, olmağa, yaxın, kartofu, kələmi