• Tərəvəzli lobya şorbası resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 17 514

Tarix : 24-09-2015, 23:00

Bölmə : Sulu yeməklər / Şorbalar / Tərəvəz yeməkləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : 4-6

Tərkibi:
500 qr ağ lobya
1 ədəd bolqar bibəri
2 ədəd baş soğan
150 qr kərəviz kökü
3-4 diş sarımsaq
1,5 litr su
2 ədəd kök
2 ədəd pomidor (və ya 2 x/q tomat)
150 ml bitki yağı
1 dəst cəfəri
1 ç/q qurudulmuş nanə
zövqə görə duz
zövqə görə istiot
zövqə görə dəfnə yarpağı

Hazırlanması:
1. Lobya axşamdan soyuq suda saxlanılır (bəzi hallarda konservləşdirilmiş lobyadanda istifadə etmək olar)

2. Soğan kubik şəklində doğranılır.

3. Kök həmçinin kubik şəklində doğranılır.

4. Kərəviz kökü kubik şəklində doğranılır.

5. Bolqar bibəri kubik şəklində doğranılır.

6. Tomat pastası əvəzində pomidor istifadə edildikdə, o da həmçinin xırda kubik şəklində doğranılır.

7. Sarımsaq doğranılır.

8. Soğan, kök və kərəviz kökü bitki yağında qızardılır.

9. Üzərinə bolqar bibəri, pomidor və ya tomat əlavə edilərək yüngülcə qızardılır.

10. Üzərinə lobya və 2 stəkan su əlavə edilərək 1 saat bişirilir (lobya paxlasını həmişə az odda bişirmək gərəkdir).

11. Sonra qazana daha 1 litr su tökərək, üzərinə doğranmış sarımsaq, duz, istiot, dəfnə yarpağı və nanə əlavə edilir.

12. Əlavə olaraq 20 dəqiqə bişirilir.

13. Və sonda, tərəvəzli lobya şorbası hazırdır, süfrəyə vermək olar.

Tərəvəzli lobya şorbası resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: doğranılır, şəklində, kubik, lobya, pomidor, bibəri, zövqə, istifadə, əlavə, yarpağı, dəfnə, istiot, edilərək, Soğan, bişirilir, qızardılır, Üzərinə, həmçinin, kərəviz, bolqar
BİZİ İZLƏYİN