• Baş ağrısından qoruyan dadlı meyvələr

Reseptin məlumatları Baxış sayı: 14 595

Tarix : 24-10-2015, 15:00

Bölmə : Faydalı bitkilər


Qlisemik indeksi aşağı olan ərzaqlar baş ağrısından qoruyur. Alma və armud, xüsusilə xroniki miqreni olanlara yaxşı təsir edir.

Alma və armud baş ağrısından qoruyur
Mütəxəssislər miqreni olanlara bu qidaları tövsiyə edir: az yağlı qatıq, az yağlı süd, çovdar, buğda, noxud, kök, badımcan, gül kələmi, kələm, göbələk, pomidor, istiot, kahı, təzə lobya, gilas, alça, qreypfrut, şaftalı, alma, armud, quru ərik.

Başı ağrıyan dondurma yeməsin!
Mütəxəssislərin fikrincə, xroniki miqreni olanlar şəkərli qidalar qəbul etməməlidir. Əgər baş ağrısından əziyyət çəkmək istəmirsinizsə, tort, peçenye, xəmir xörəkləri, ağ düyü, ağ çörək, yemiş, ağ kartof, və dondurma kimi qidalardan uzaq durmalısınız. Çünki bu qidalar qanda şəkərin səviyyəsinin tez-tez dəyişməsinə səbəb olur. Bunların əvəzinə arpa, qara növ düyü və bulqura üstünlük verin. Tiramin ehtiva edən banan, şokolad, fıstıq əzməsi kimi qidaları da az yeməlisiniz.
Etiketlər: miqreni, armud, olanlara, qidaları, yağlı, dondurma, xroniki, qidalar, qoruyur, Çünki, qanda, yemiş, kartof, durmalısınız, qidalardan, çörək, peçenye, çəkmək
BİZİ İZLƏYİN