Qarpız intellektual potensialı artırır.
Məsələ ondadır ki, qarpız əla B6 vitamininin mənbəyidir ki, bu da beyinin normal funksiyası üçün əhəmiyyətli mənaya malikdir. Bundan başqa, qarpızın tərkibindəki suyun miqdarı bizim beyinimizdəki kimidir.
Qarpızda yüksək miqdarda su var.
Qarpız 91,5 % sudan ibarətdir ki, bu da insana gün ərzində susuzlaşmadan qurtulmağa kömək edə bilər.
Qarpızda çiy pomidorlardan 40 % daha çox likopin maddəsi var.
Likopin güclü antioksidləşdiricidir ki, orqanizmin hüceyrələrinə zərər verən azad radikalların yayılmasının qarşısını almağa kömək edir və immun sistemini yaxşılaşdırır. Bundan başqa, qarpız güclü antioksidləşdirici olduğu üçün, onun istifadəsi orqanizmdə xərçəngin inkişafı riskini azaldır.
Sarı qarpız.
Qarpızın müxtəlif növləri var. Sarı qarpız növü şirin, balabənzər dada malikdir ki, bu növ onun dadına baxmış hər kəsin xoşuna gəlir.
Qarpız gözlər üçün faydalıdır.
Qarpız A vitamini ilə zəngindir ki, bu da gözlər üçün faydalıdır. Qarpız görmə qabiliyyətini artırmağa və gözləri müxtəlif infeksiyalardan müdafiə etməyə kömək edir. Gözlərin sağlamlığını saxlamaq üçün gün ərzində təxminən 100 qram qarpız qəbul etmək lazımdır.
Qarpız şirəsi əzələlərin ağrısını azalda bilər.
Çoxsaylı tədqiqatlar göstərir ki, qarpız şirəsi əzələlərin ağrısını azaltmağa kömək edə bilər. Buna görə bu çox yorucu məşqlərdən sonra əla içki sayılır. Məsələ ondadır ki, qarpızın tərkibində arteriyaların funksiyasını yaxşılaşdırmağa və qan təzyiqini azaltmağa kömək edən yüksək miqdarda sitrullin maddəsi var.
Qarpız çəkinin azalmasına imkan yaradır.
Qeyd etdiyimiz kimi, qarpızda az kalori və çoxlu miqdarda su olduğu üçün, o artıq çəki ilə mübarizədə də sizə kömək edə bilər.
Qarpız ultrabənövşəyi şüalardan müdafiə edir.
Qarpızın tərkibində güclü antioksidləşdirici xüsusiyyətlərə malik likopin və karotinoid maddələri var. Likopin insan dərisini ultrabənövşəyi şüalardan, günəş yanıqlarından və dəri xərçəngindən qorumağa kömək edir.
Etiketlər: Qarpız, kömək, qarpız, bilər, güclü, miqdarda, tərkibində, Likopin, ərzində, azaltmağa, yüksək, likopin, olduğu, müxtəlif, gözlər, faydalıdır, müdafiə, Qarpızın, şirəsi, Qarpızda