Tərkibi:un - 1 stəkan (130 q)
şəkər tozu - 50 q
duz - 1 çimdik
qabartma tozu - 1 ç. q.
süd - 1 stəkan (200 ml)
yumurta - 1 dənə
kərə yağı, ərinmiş - 30 q
Hazırlanması:Ərzaqlar otaq hərarətində olmalıdırlar. Ərinmiş yağ soyumalıdır. Unu, şəkər tozunu, duzu və qabartma tozunu qarışdırın.
Digər kasada isə südü, yumurtanı və kərə yağını qarışdırın. Duru qarışığı quru kütləyə əlavə edib qarışdırın, lakin çalmayın. Nahamar kütlə alınmalıdır.
Alınmış kütlədən yağlanmış tavada pankeykləri iki tərəfdən qızardın. Mən silikon dairələr istifadə etmişdim, lakin bu vacib deyil: xəmiri qaşır ilə tavaya tökün. Çalışın ki, xəmir çox yayılmasın, və pankeyklərin arasında məsafə qalsın.
Hazır pankeykləri isti vəziyyətdə sevimli sousla süfrəyə verin. Nuş olsun!
Nuş olsun!
Etiketlər: qarışdırın, lakin, stəkan, tozunu, pankeykləri, qabartma, şəkər, qaşır, tavaya, tökün, vacib, istifadə, dairələr, etmişdim, Çalışın, deyil, xəmiri, pankeyklərin, sousla, sevimli