• Mürəbbələrin kiflənməsinin qarşısını necə almaq olar?

Reseptin məlumatları Baxış sayı: 3 950

Tarix : 5-02-2019, 10:00

Bölmə : Məsləhətlər


Mövsüm meyvələrindən təzə-təzə hazırlanan mürəbbələr zaman keçdikcə kiflənərək yeyilməz hala gəlirlər.
Mürəbbələrin kiflənməsinin bir neçə səbəbi vardır və bu kiflənməni əngəlləyə bilərsiniz.
Mürəbbə bişirərkən təzə meyvə istifadə etmək lazımdır.
Meyvəni yaxşı qaynatmaq lazımdır.
Verilən ölçülərə tamamən diqqət etmək lazımdır.
Bankaların təmizliyinə diqqət edilməli, qapaqların möhkəm bağlanmasından əmin olmaq lazımdır.
Bankaları sərin və günəş olmayan mühitdə saxlamaq lazımdır.
Bütün bunların olması isə yaxşı mürəbbənin olması deməkdir.
Mürəbbələr saxlama qaydalarına görə, hazırlanma , istifadə olunan ərzaqlara görə müxtəlif səbəblərdən kiflənə bilər.
Bu səbəblərin başında limon və şəkər azlığı gəlir.
Limonu və şəkəri az olan mürəbbələr zamanla kiflənməyə başlar.
Məsələn 1 kq çiyələyə 1 kq toz şəkər kimi artıqlığı və əksikliyi də kiflənməyə səbəb olar.
Əsasən hazırladığınız mürəbbəni yığdığınız bankanın qapağının bərk bağlandığına əmin olun.
Hava keçən bankalarda olan mürəbbələr kiflənməyə səbəb olur.
Kiflənmənin qarşısını almaq üçün hazırladığınız mürəbbəni isti halda bankalara yığın və qapağını yaxşıca bağlayın.
Banka ilə qapağın arasına incə bir dəsmal da qoya bilərsiniz.
Mürəbbə hazırlayarkən təzə və mövsümi meyvələrdən istifadə etməlisiniz.
Çalışın meyvələr kiçik və sərt olsun.
Əzilmiş, mövsümdə olmayan, çürümüş və hormonlu meyvələrdən istifadə etməyin. Belə meyvələrdən keyfiyyətli məhsul əldə edə bilməzsiniz.
Yaz atlarında portağal, mandalin kimi meyvələrdən mürəbbə bişirilməz
Qışda isə çiyələk. albalı. vişnə kimi meyvələrdən mürəbbə bişirilməz.
Mürəbbə qaynayarkən üzərində köpük əmələ gəlir.
Bu köpükləri qaynama ərəfəsində almaq lazımdır.
Tam qaynamayan mürəbbələr də kiflənə bilər.
Mürəbbənin normal olduğunu bilmək üçün mürəbbədən bir çay qaşığı alıb tabağa qoyaraq yoxlamaq lazımdır.Əgər qatılaşırsa deməli mürəbbə hazırdır.
Mürəbbə qaynadarkən metal qaşıqdan istifadə edilməz.
Taxta qaşıqdan istifadə etmək lazımdır.
Mürəbbələri yığacağınız bankalar təmiz olmalıdır .
Mürəbbəni yığmazdan əvvəl bankaları isti su ilə yuyun və bir bez ilə qurudun.
Mürəbbələr isti halda bankanın qapağını bağlayın.
Yəni mürəbbə ilıq halda olanda bankanın ağzını bağlayın və ağzı üstə qoyun ki qapaq bərkisin.
Beləliklə də qapaqdan hava keçməyəcəkdir.
Etiketlər: lazımdır, istifadə, meyvələrdən, Mürəbbə, mürəbbə, mürəbbələr, halda, etmək, bağlayın, bankanın, kiflənməyə, diqqət, səbəb, hazırladığınız, qaşıqdan, bişirilməz, bilər, kiflənə, Mürəbbələr, şəkər
BİZİ İZLƏYİN