• Evdar xanımlar üçün mətbəx sirrləri

Reseptin məlumatları Baxış sayı: 2 361

Tarix : 28-06-2019, 10:00

Bölmə : Məsləhətlər


Bir çox adam mətbəxdə sürətli və praktik olmaq istəyir. Bu məqalədə sizlərə həyatı asanlaşdıracaq və mətbəxi əyləncəli hala gətirəcək bir-birindəni faydalı ipuclarını təqdim edirik.

Sobanızı 3 dəqiqə ən yüksək əyarda qızdırın

Çox vaxt sobada bişiriləcək yemək üçün soba əvvəlcədən qızdırılır. Əgər bu müddəti ən aza endirmək istəyirsinizsə etməyiniz lazım olan çox sadədir. Sobanız 3-5 dəqiqəliyinə ən yüksək temperatura gətirin sonra istədiyiniz dərəcəyə nizamlayın. Bu üsul ön isitmə müddətini ən azı yarı yarıya endirəcək.

İstifadəsini asanlaşdırmaq üçün streçləri soyuducusunda saxlayın

Streçləri soyuq tutmaq, hər şeyə yapışmasını əngəlləyir. Streç filmlərdə istifadədə asanlığı təmin etmək istəyirsinizsə, onları soyuducusunda saxlamağınız lazımdır. Bununla yanaşı, yeməyinizi və ya hər hansı bir şeyi streçləmək istədikdə, qabın kənarlarını bir az islatmaq streç filmin problemsiz bir şəkildə yapışmasını təmin edir.

Qaynayan qazanının daşmaması üçün taxta qaşıq istifadə edin

Bu üsul yüz faiz zəmanət verəcəkdir. Əgər süd və ya su qaynadırsınızsa, qazanının üstünə bir ədəd taxta qaşıq qoyun.

Yemək tərifi kitabınız üçün asılqan istifadə edin

Asılqan sayəsində səhifələrin qarışmasının qarşısını ala bilərsiz.

Limonun suyunu sıxmadan əvvəl mikrodalğalı sobada 15 saniyə qızdırın

Qızdırdıqdan sonra limonu ikiyə bölün və artıq meyvə sıxana ehtiyacınız yoxdur tək ehtiyacınız olan şey bir qaşıqdır. Limonun içinə salın və asanlıqla suyunu çıxarın.

Qısqac istifadə edərək yumurtaları mükəmməl bir şəkildə qaynata

İlk olaraq, suyu bir az qızdırın. Yumurtalara qısqac taxın və üsulluca suya qoyun. Qısqac, yumurta daxilində təzyiq tətbiq edir, bu da yumurtanın qabıqlarının suda çatlamasının qarşısını alır. 10 dəqiqə bişirin və sonra yumurtaları çölə alın və bir neçə dəqiqə soyuq suda saxlayın.

Bişmiş kartofları buz vannasında soyun

Əvvəl kartofları qabıqlı bişirin. Bişirildikdən sonra kartofları qazandan götürüb 3-5 dəqiqə buz vannasında tutun. Sonra qabıqlar yavaşca sürüşməyə başlayacaqdır. Əlinizlə yüngülcə soymağınız yetərli olacaqdır.
Etiketlər: sonra, dəqiqə, kartofları, istifadə, qızdırın, bişirin, soyuq, saxlayın, soyuducusunda, istəyirsinizsə, Qısqac, yapışmasını, təmin, taxta, qaşıq, qoyun, qazanının, şəkildə, suyunu, Limonun
BİZİ İZLƏYİN