Tərkibi:3 kq ərik
2 kq şəkər tozu
400 ml su
2 paket vanil
400 q badam
Hazırlanması:Ərikləri yuyub qurudun, dənəsini çıxarın.
Şəkər tozunun üzərinə su tökün, qarışdırıb qaynara düşənədək vam odun üzərində bişirin.
Ərikləri mürəbbəni bişirəcəyiniz ləyənə yığın, üzərinə badam və vanilli şəkər səpin.
Qaynar şərbəti üstünə tökün. Tam soyuyanacan gözləyin. Sonra yenə ocağın üstünə qoyub qarışdırmadan qaynara düşənəcən gözləyin, ocaqdan götürün. Bu proseduru 5-6 dəfə təkrarlayın. Sonra isə mürəbbəni bankalara yığın.
Nuş olsun!
Etiketlər: qaynara, tökün, yığın, üstünə, Sonra, gözləyin, üzərinə, mürəbbəni, Ərikləri, badam, şəkər, ocağın, paket, soyuyanacan, şərbəti, vanil, qoyub, düşənəcən, təkrarlayın, bankalara