Xroniki xəstəlikləri olanlar ətlə qidalanmağa diqqət etməlidir.
Ürək, diabet, yüksək təzyiq kimi xəstəlikləri olan insanların müəyyən qidalanma rejiminə əməl etmələri vacibdir. Yağlı ətlər, doymuş yağ bu insanlar üçün ciddi təhlükə yarada bilər. Həddindən artıq ətlə qidalanmaqdan qaçmaq lazımdır.
Əti soyuducuda 1-2 gün saxladıqdan sonra istifadə edin.
Təzə kəsilmiş ətin həzmi çox çətindir, həzmsizlik yarada bilər. Soyuducuda 1-2 gün saxlanılmış ətin istifadəsi daha çox məqsədə uyğundur. Ətlər bütöv şəkildə yox, kiçik hissələrə ayrılaraq, yağlı kağıza sarılaraq saxlanmalıdır.
Qurban bayramında bunlara diqqət edin;
1. Ətdən istifadə edərkən tərəvəz yeməklərinə yağ əlavə etmədən bişirin.
2. Xüsusilə, ət yeməklərində qatı yağdan istifadə etməyin və ətin öz yağı ilə bişirin.
3. Səhər yeməyi yeməyi unutmayın.
4. Gündə 2-2,5 litr su için.
5. Əti günorta yeməyində yeməyə çalışın, həzm zamanı problem yaranmasın deyə.
Etiketlər: istifadə, xəstəlikləri, bişirin, yeməyi, diqqət, bilər, yarada, bayramında, bunlara, edərkən, tərəvəz, Qurban, Ətdən, yeməklərinə, kiçik, şəkildə, bütöv, hissələrə, ayrılaraq, sarılaraq