• Məşqdən öncə kofe qəbulu

Reseptin məlumatları Baxış sayı: 12 583

Tarix : 11-08-2016, 11:00

Bölmə : Qidalanma qaydaları


Bir çoxlarımız həyatını kofeinsiz təsəvvür eləmir. Bəzilərimiz isə məşqdən öncə kofe içir. Bugün məşqdən öncə kofenin xeyirinin olub olmamasını araşdıracayıq.

Kofein qədim zamanlardan stimullaşdırıcı xassəsi ilə tanınıb. Müasir həyatda kofeini qozdan, bir çox bitkilərdən, yaşıl çaydan, şokoladdan, idman içkilərindən və sair əldə etmək olar. Lakin birinci növbədə əlbəttə ki, kofe durur. Energetik içkilər kofeindən başqa taurin, quarana və bir neçə vitaminlərdən ibarətdir.

Məşqdən öncə kofe necə təsir edir
Lazımi miqdarda kofein insan beynini oyandırır, çoxlu kofein sinir sistemini iflasa uğradır, həddindən artıq çox kofein letal sonuclar verə bilir.

Siz bir fincan kofe və ya energetik içki qəbul etdiyiniz zaman sizin sinir hüceyrələriniz daha aktiv olur və nəticədə məşq zamanı adrenalin tullantılarını çoxaldır. Nəticədə sizin ağrılarınız keyiyir və yorğunluğunuz hiss olunmur ki, orqanizm əlavə gücü piy qatlarınızı yandırmaqla əldə edir. Bununlada siz istədiyiniz nəticələri yorulmadan və piy yandıraraq əldə edə bilirsiniz.

Məşqdən öncə kofenin xeyiri
Birincisi, əgər kofeyə qaymaq və ya şəkər tozu əlavə etməmisiniz isə kofenin tərkibində kalori sıfıra bərabərdir. Bundan başqa arıqlamaq üçün məşqlərdən öncə kofe piy qatlarının yandırılmasına və metabolizmin sürətlənməsinə kömək edir.

Əgər siz dözümlülük məşqlərini yerinə yetirmək niyətinizdəsiniz isə kofein istənilən halda sizə kömək olacaqdır. Bunu avstraliyalı alimlər deyir. Hətta sizin məşqdə məhsuldarlığınızı artırmağa kömək olur ki, Beynəlxalq Olimpiya Komitəsi məşqdən öncə istənilərn kofein qəbulunu qadağan etmişdir (hətta şokolad).

İkincisi, kofein sinir sistemini oyadaraq məşq öncəsi sizin konsentrasiyanızı yaxşılaşdırır. Beləki, bir fincan kofeni məşqə gedərkən isinmə kimi qəbul etmək olar.

Belə bir fikir var ki, kofein güc məşqlərindən sonra ağrıları və əzələ yorğunluğunu aradan qaldırır. Bir fikir də var ki, kofe əzələnin bərpa edilməsinə maneə tördəir ki, məşqdən sonra yalnız 2 saatdan sonra onu qəbul etmək olar. Lakin bu hər iki hipotezə öz təsdiqini bu günə qədər tapmamışdır.

Bir fincan kofe aerobik güclər zamanı yorğunluğu aradan götürə bilər, iki fincan espresso (250 mqr kofein) nəticələrinizi yaxşılaşdıra bilər. Qaçış, üzgüçülük, velosiped kimi idman növlərində müsbət nəticələr vardır.

Nə qədər kofe qəbul etmək lazımdır?
Hər şey sizin çəkinizdən asılıdır. Məsləhət görülür ki, hər çəkiyə 0,5-1,4 mqr kofein qəbul edilsin. Misal üçün bir fincan espressonun tərkibində 100 mqr, amerikanonun isə 80 mqr kofein var.

Əgər hər şey bu qədər yaxşıdırsa, niyə bir fincan kofe ətrafından bu qədər mübahisələr yaranır?

Məşqdən öncə kofenin ziyanı
Əgər hətta kiçik fincan kofe sizin ürək döyüntülərinizi artırırsa məşqdən öncə kofe içmək məsləhət görülmür. Kofeni tünd çay ilə əvəz edə bilərsiz.

Kofein asılılığından nikotin asılılığı kimi danışılır. Düzdü ziyan daha az olsa da, asılılıq demək olar ki, eyni səviyyədədir. Səhər sübhdən kofemana kofe verməsəniz, kofedən asılı qalmağın səviyyəsini görə bilərsiniz. Siqaret çəkənlər kimi də kofemanlar hər səfərində kofeinin miqdarını artırmağa meyillidirlər ki, bu da ürək sağlamlığına mənfi təsir göstərir.

2006-cı ildə ixtisaslaşmış kardiojurnalda 250 mqr kofeinin məşq öncəsi və zamanı ürəyə qan ötürülməsinin qarşısını ala bilər yazılmışdır. Orqanizmin fiziki güc zamanı sağlam işləməsi üçün ona daha çox oksigen və qidalandırıcı maddələrə ehtiyacı vardır. İki fincan kofe isə qanın ötürücülük qabiliyyətini məşqlərdən sonra 25% azaldır. Üstəlik kofe orqanizmin su balansını poza bilər. Bu içki bağırsaqlarda suyu saxlayır və nəticədə pozuntulara səbəb olur.

Konsentrasiya məsələsinə gəldikdə isə kofe daha çox, misal üçün, şahmat oyunu zaman sizə kömək ola bilər, pauerliftinq zamanı isə “hə” və “yox”ları götür-qoy etməkdə fayda var.

Kofeni nə ilə əvəz etmək olar?
Əgər siz kofe həvəskarısınız isə və lakin ürək sağlamlığınız buna icazə vemirsə “dekaf”dan istifadə etməyiniz məsləhətdir. Dekaf klassik kofedən heç də ətri və dadı ilə geri qalmır və yalnız kofeinsiz və ya az kofeinli olur. Dekaf hətta əsəbi gərginliyi aradan qaldıra bilir.

Siz kofe həvəskarı deyilsiniz lakin kofeinə ehtiyac hiss edirsiniz isə yaşıl çay istifadə edə bilərsiniz. Nəticə analoji olacaqdır. Lakin bu əvəz ürək xəstəliyi olanlar üçün məsləhət görülmür. Yaşıl çayın tərkibində amerikanodan çox kofeini var. Çayda kofeinin miqdarı 4% olduğu halda, amerikanoda 1,2%dir. Yaşıl çayda taninin olması onun tərkibində kofeinin insan orqanizminə daha yavaş təsir etməsinə səbəb olur. Taninin qana daha ləng hopur.

Əgər siz kofeni məşq öncəsi stimullaşdırıcı kimi istifadə edirsiniz isə kofeni musiqi ilə əvəz etmək olar. Sevdiyiniz ifaçı məşq öncəsi sizin sinir sistemini kofedən heç də pis olmayaraq oyadacaq.
Etiketlər: kofein, fincan, sizin, etmək, bilər, qəbul, məşqdən, zamanı, kömək, qədər, tərkibində, sonra, öncəsi, kofeinin, sinir, kofenin, təsir, Məşqdən, aradan, sistemini
BİZİ İZLƏYİN