Hamı bilir ki, süd sümüklər üçün çox faydalı məhsuldur.
Rusiya KİV-in məlumatına görə, Rusiya alimlərinin son araşdırmaları göstərib ki, süd həmçinin beyin üçün də çox faydalıdır.
Araşdırmada yaşlı insanlar iştirak edib. 60 iştirakçını 2 qrupa bölüblər: 1-ci qrup hər gün süd içirdi, 2-ci qrup süd içmirdi. Alimlər araşdırmada iştirak edənlərin beynini müayinə ediblər. Məlum olub ki, süd içən qrupun iştirakçılarında beyin aktivliyi daha yüksək səviyyədə idi.
Alimlər belə qərara gəliblər ki, südün tərkibində beyinə yaxşı təsir edən maddələr var. Belə ki, məlum olub ki, südün qəbulu zamanı orqanizmdə "qlutation" adlı maddə əmələ gəlir. Bu maddə orqanizmdə turş mühitin əmələ gəlməsinə səbəb olur. Bu mühit isə beyinin yaşlanmasını ləngitmək xüsusiyyətinə malikdir.
Alimlərin fikrinə görə orqanizmdə qlutationun yüksək səviyyəsi tək beyinin deyil, ümumiyyətlə bütün orqanizmin qocalmasını ləngidir. Bu səbəbdən alimlər əks-göstərişlər və ya dözümsüzlük olmadıqda südü gündəlik rasiona daxil etməyi tövsiyə edirlər.
Etiketlər: orqanizmdə, beyinin, südün, beyin, Alimlər, yüksək, əmələ, iştirak, maddə, Rusiya, ləngitmək, Alimlərin, fikrinə, yaşlanmasını, malikdir, xüsusiyyətinə, səbəb, gəlir, qlutation, mühitin