• Vitaminlər və minerallar

Reseptin məlumatları Baxış sayı: 2 456

Tarix : 3-01-2018, 14:00

Bölmə : Qidalanma qaydaları


Vitamin və minerallar insan bədəninin düzgün bir şəkildə işləməsini təmin edir. Hər gün yediyimiz qidaların tərkibində vitamin və mineralların olmasına baxmayaraq, bəzi qidaların tərkibində digərlərinə görə daha çox vitamin və mineral var.

Vitaminlər iki kateqoriyaya ayrılır:
1) Yağda əriyən vitaminlər
2) Suda əriyən vitaminlər

- Yağda əriyən vitaminlərə A, D, E və K vitaminləri daxildir. Yağda əriyir və bədəninizdə qala bilər.
- Suda əriyən vitaminlərə isə C və B kompleks vitaminlərini nümunə göstərmək olar (vitamin B6, B12, niasin, riboflavin, vefolat kimi). Bədənin bu vitaminləri sorması üçün əvvəlcə suda əritməsinə ehtiyac var. Bu səbəbdən, bədən bu vitaminləri saxlamır, onları xaricə çıxarır. Yəni hər gün bu vitaminlərdən davamlı şəkildə istifadə etmək sağlamlığınız üçün çox vacibdir.

Vitaminlər (bitki və ya heyvanlardan hasil olan) orqanik (üzvi) maddələrdir. Minerallar isə torpaq və suda əmələ gələ orqanik (üzvi) elementlərdir və milyardlarla bitkilər və heyvanlar tərəfindən yeyilir. Bədəniniz böyümək və sağlam olmaq üçün kalsium kimi bəzi minerallara böyük ehtiyacı var. Eyni zamanda xrom, mis,
yod, dəmir, selenium, sink kimi digər minerallara isə bədən gün ərzində daha az ehtiyac duyur.

Hansı vitaminin vəzifəsi nədir?

A vitamini
İnfeksiyalara qarşı müqaviməti artırır, normal böyümə, artım, sümük və dişin inkişafı, görmə qabiliyyəti üçün lazımdır. Bədənin, dırnaqların və saçların sağlam qalmasını təmin edir. Diş və diş ətləri üçün mühümüm əhəmiyyətə malikdir.

Ərik, qulançar, cəfəri, ıspanaq, kök, kərəviz, kahı, portağal, alça, pomidor

D vitamin
Nazik bağırsaqdan kalsiumun sorulmasına kömək edir. Kalsiumun sümüklər və diş ətlərində qalmasını təmin edir.

Balıq yağı, balıq, yumurta, kərə yağı, qara ciyər, ət, tərəvəzlər, günəş

E vitamin
Antioksidantdır. Alsqeymer xəstəliyinin artmasının ləngidir. Yaşlı insanlarda immun sistemini gücləndirir. Hüceyrələrin daha uzun yaşamasını və yenilənməsini təmin edir.

Buğda, dənli bitkilər, soya yağı, arı südü, qoz, kahı, vəzəri, kərəviz, cəfəri, ıspanaq, kələm, qarğıdalı yağı, qarğıdalı, yulaf

K vitamin
Qara ciyərə gələn K vitamin laxtalanma amilinin meydana gəlməsində iştirak edir. K vitamini əlavələri yalnız qanaxması olan xəstələrə verilir.

İspanaq, qabaq, kahı, yaşıl pomidor, yaşıl bibər, inək südü, pendir, kərə, yağı, yumurta, qırmızı ət, düyü, qara ciyər, qarğıdalı, banan, şaftalı, çiyələk

B1 vitamini
Buğda, kəpək, pivə mayası, təzə meyvə-tərəvəz, qoyun əti, sığır əti, balıq əti, yumurta, süd

B2 vitamini
B2 vitamini çatışmazlığı zamanı dildə qızarma, yanma hissi olur, ağız ətrafında və dodaqlarda qızarma, qıcıqlanma, çatlaqlar olur, gözlərdə qaşınma, yanma hissi, katarakta əmələ gəlir, saçlar tökülür, uşaqlarda inkişaf ləngiyir, çəki azalır, həzm problemləri əmələ gəlir.

Qara ciyər, böyrək, buğda unu, kartof, ət, süd, yumurta, pendir, kəpək, yaşıl tərəvəzlər, kök, fındıq, yer fıstığı, mərci
B3 vitamini
Kifayət qədər qidalanmadıqda sinir sisteminə təsir edən pelleqra adlı xəstəlik üzə çıxır. Hüceyrələrin oksigendən istifadə edə bilməsi üçün lazımdır. Mədədə həzmin əsasını təşkil edən turşuların əmələ gəlməsini təmin edir.

Pivə mayası, kəpək, yer fıstığı, içalat, qırmızı ət, balıq, buğda, lobyakimilər, un, yumurta, süd, limon, qabaq, əncir, portağal, xurma

B 5 vitamini
Təbiətdə bol olduğu üçün bədəndə çatışmazlığına rast gəlinmir. Bağırsaqlarda da az miqdarda əmələ gəlir. Bədəndə çatışmadıqda qanda şəkərin səviyyəsi düşür, əllərdə titrəmə, ürək döyüntüləri əmələ gəlir.

Qara ciyər, qırmızı ət, toyuq, yumurta, çörək, tərəvəzlər
B6 vitamini
Sinir sistemi və hormonların çalışmasını qaydaya salır. Bədənin müqavimətində anticisimlər və leykositlərin əmələ gəlməsində rol oynayır. Bədəndə çatışmadıqda miqren tipli baş ağrısı, qan azlığı, dəridə quruluq, görmə problemləri, keyimə, əzələ zəifliyi və sancılar əmələ gəlir.

Qara ciyər, böyrək, qırmızı ət, balıq, yumurta, çörək, tərəvəzlər

B11 vitamini
Qırmızı qan hüceyrələri və sinir toxumalarının əmələ gəlməsində rol oynayır. Hüceyrələrin bölünməsi üçün lazımdır. Böyüməyə kömək edir. Ana bətnindəki körpənin sinir sisteminin inkişafı üçün də lazımdır. Bədəndə çatışmadığı təqdirdə, iştahsızlıq əmələ gəlir, çəki azalır, ürək bulantı, ishal, qusma, baş ağrısı, unutqanlıq, ürək döyüntüsü kimi bəzi problemlər ortaya çıxır.

Qara ciyər, böyrək, qırmızı ət, ispanaq, kahı, yumurta, çörək, portağal, banan

B12 vitamini
Qidalar və ya siqaret kimi vərdişlər bədənə daxil olan sianidi təsirsiz hala gətirir. Bədəndə çatışmadığı təqdirdə həssaslıq artır, şişmə, qızarma, qarabasma, depressiya, əzələlərdə yığılma, sinir iltihabları ilə əlaqədar olaraq əl və ayaqlarda keyimə, cimilti, yanma hissi ortaya çıxır.

Qara ciyər, ürək, böyrək, qırmızı, ət, toyuq, balıq, süd, pendir, yumurta

C vitamin
Bədənimiz C vitaminini istehsal edə bilmir. Bitkilər və bəzi heyvanlar bu vitamin istehsal edə bilər. Qidalarla qəbul edilən vitamin 2 saat ərzində istifadə olunur. 4 saat sonra isə qandan uzaqlaşır. Yaraların yaxşılaşmasını, damarların sağlam olmasını təmin edir. Bədənin müqavimət sistemini artırıcı təsir göstərir. Histamin əmələ gəlməsini azaldaraq allergiyaların təsirini azaldır. Bədəndə çatışmadığı təqdirdə, diş əti qanamaları və dartılmaları olur.
Etiketlər: əmələ, vitamini, vitamin, yumurta, ciyər, gəlir, təmin, qırmızı, balıq, Bədəndə, Bədənin, tərəvəzlər, əriyən, böyrək, lazımdır, sinir, istifadə, təqdirdə, çörək, portağal
BİZİ İZLƏYİN