• Sobada hazırlanmış kartof ilə Dorado balığı resepti

Reseptin məlumatları Baxış sayı: 4 271

Tarix : 22-03-2018, 12:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : barakat.az


Tərkibi:
Dorado balığı,
limon,
sarımsaq,
kartof,
cəfəri,
narşərab,
çerri pomidorları

Hazırlanması:
1.Sobanı 200 dərəcəyə qədər qızdırın.

2.Kartofu yuyun, doğranma taxtasına yerləşdirin və iti ucundan başlayaraq bıçaq ilə axıra qədər kəsməyərək dilimləyin. Kartofu duz, istiot və zeytun yağı ilə marinə edin və 15-20 dəqiqə sobada bişirin.

3.Doradonu duz, istiot və əzilmiş sarımsaq ilə marinə edin. Doradonun üzərindən hər iki tərəfdən bıçaq ilə xırda kəsiklər edin.

4.Orta odda qızdırılmış tavaya yağ əlavə edin. Doradonu tavaya qoyun və hər iki tərəfdən 5-7 dəqiqə ərzində qızılı rəng alanadək qızardın. Balıq hazırdır.

5.Balıqı və kartofu boşqaba qoyun və cəfəri, çerri pomidrları və limonla bəzəyin. Yanında narşərab qoymağı unutmayın.

Nuş olsun!
Etiketlər: istiot, bıçaq, Kartofu, marinə, Doradonu, qoyun, tavaya, tərəfdən, qədər, dəqiqə, çerri, cəfəri, narşərab, sarımsaq, qızılı, alanadək, ərzində, balığı, kəsiklər, qızdırılmış
BİZİ İZLƏYİN