• Karri toyuqu lavaş və təzə pomidor ilə resepti

Reseptin məlumatları Baxış sayı: 3 019

Tarix : 10-04-2018, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 1-2

Şef / Mənbə : barakat.az


Tərkibi:
toyuq budları,
soğan,
pomidor,
bolqarbibəri,
qaymaq,
karri,
lavaş,
cəfəri

Hazırlanması:
1.Toyuğu duz, istiot və bir çimdik karri ilə marinə edin.

2.Orta odda qizdırılmış tavaya bitki və kərəyağı tökün.Tava qızdıqdan sonra budları tavaya qoyun və qızılı rəng alanadək iki tərəfdəndə (tam hazır olana qədər) qızardın.

3. Soğanı, həmçinin bolqar bibərini nazık yarımhalqalar şəklində (“julyen”dəki kimi) doğrayın. Doğranmış tərəvəzləri başqa tavaya tökün, yağ əlavə edin, yumşalana qədər qızardın və üzərinə qaymağı tökün. Qatılaşana qədər qarışdırın, bir çimdik karri, duz və istiot əlavə edin.

4.Lavaşı boşqaba sərin, üzərinə qızardılmış budları qoyun və üstündən qaymaqlı tərəvəz sousu əlavə edin. Təamı doğranmış pomidor və cəfəri ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: karri, tavaya, əlavə, qədər, tökün, budları, qızardın, qoyun, üzərinə, çimdik, istiot, pomidor, cəfəri, qaymağı, doğrayın, Doğranmış, başqa, tərəvəzləri, Qatılaşana
BİZİ İZLƏYİN