• Porsion Julyen resepti

Reseptin məlumatları Baxış sayı: 3 794

Tarix : 22-06-2018, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 1-2

Şef / Mənbə : Günel (bahasun)


Tərkibi:
1 kilo toyuq filesi
1 kilo göbələk
2 baş soğan
0,5 lt. qaymaq
2 x.q. un
300 qr. holland pendiri
100 qr. kərə yağı
duz
istiot

Hazırlanması:
1.Toyuq lap xırda xırda doğranılır.
Yağsız tefal tavada 5-8 dəqiqə yüksək atəşdə qızardılır. Qoyuruq qırağa.
2.Xəmin tavaya biraz bitki yağı əlavə edin. Xırda doğranmış soğanı əlavə edin və rəngi dəyişənə kimi qızardın. 3.Göbələyi lap xırda toyuq kimi doğrayın. Soğanın üstünə əlavə edin və göbələyin suyu çəkilənə kimi qovurun. Toyuğu qeri tavaya qaytarın.
4.Başka tavada kərə yağını əridin, üstünə un səpin və yaxşı qarışdırın. Toplar qalamamalıdır.
Qaymağı əlavə edin. Qarışdırın.
5.Qaymaqlı qarışımı göbələkli qarışıma tökün və 5 dəqiqə bir yerdə bişirin.
6.Qablara yığıb üstünə rəndələnmiş pendir səpin.
Əəvvəlcədən isinmiş sobada 10 dəqiqə bişirin.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: əlavə, dəqiqə, xırda, üstünə, bişirin, tavada, səpin, toyuq, tavaya, qovurun, qarışdırın, Toplar, əridin, Başka, qaytarın, yağını, qalamamalıdır, Toyuğu, yaxşı, Qaymaqlı
BİZİ İZLƏYİN