• Göbələkli kartof qaymaqda resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 22 041

Tarix : 8-12-2015, 13:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 4-6

Tərkibi:
8 ədəd orta ölçüdə kartof
400 qr göbələk (şampinyon)
300 ml yağlı qaymaq
4 diş sarımsaq
1 dəstə cəfəri
4-5 x/q zeytun yağı
dəniz duzu
təzə, ətirli istiot

Hazırlanması:
1. İnqredientlər.
2. Soba 200 dərəcəyə qədər qızdırılır. Kartof yuyulub təmizlənir və nazik dilimlərlə doğranılır.
3. Kartof yaxşı yuyulur və süzülməyə qoyulur.
4. Bu arada göbələklər doğranılır.
5. Dərin tavada, orta odda yağ isidilir. Yağ isinəndən sonra kartof dilimləri tavaya qoyulur və taxta qaşıqla yağda qarışdırılır. Duz və istiot əlavə edilir. Kartof yapışqan olana qədər qarışdırılır.
6. Eyni zamanda göbələklər üçün tava qızdırılır. Bir xörək qaşığı zeytun yağı əlavə edilib göbələklər düzülür və duzlanır.
7. Kartoflar yapışqan olan kimi sarımsaq əlavə edilir və kartof dilimlərini örtənə qədər qaymaq əlavə edilir (qaymağı zövqə görə az miqdardada əlavə etmək olar).
8. Odun dərəcəsini azaldıb qaymaq qatılaşana qədər daha 5 dəqiqə bişirilir.
9. Hazır göbələklər oddan götürülür.
10. Cəfəri xırda doğranılır.
11. Kartofları oddan götürüb dadına baxmaq olar. Bu mərhələdə duzu az olsa, zövqə görə duz və ya istiot yenidən vurula bilər. Kartofa cəfəri və göbələk əlavə edilir.
12. Hamısı qarışdırılır və xüsusi formalı boşqabda sobada 20-30 dəqiqə bişirilir.
13. Nəticədə çox dadlı və ləzzətli yemək alındı.

Göbələkli kartof qaymaqda resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: əlavə, edilir, göbələklər, kartof, qədər, Kartof, istiot, doğranılır, qaymaq, qarışdırılır, zövqə, bişirilir, yapışqan, oddan, qızdırılır, göbələk, zeytun, dəqiqə, cəfəri, yemək
BİZİ İZLƏYİN