• Ət və püre resepti

Reseptin məlumatları Baxış sayı: 6 661

Tarix : 27-12-2018, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4

Şef / Mənbə : firuzenin_metbexi


Tərkibi:
300-400 qr ət,
2 ədəd bibər,
1 ədəd soğan,
1 ədəd pomidor,
2-3 ədəd kartof,
duz, istiot,
yağ

Hazırlanması:
Əvvəlcə əti xırda kublar formasında doğrayırıq. Qazana kərə yağı və az miqdarda duru yağ əlavə edib, ətləri tökürük. Ət suyunu saldıqdan sonra xırda doğranmış soğan və bibərləri əlavə edirik. Qarışdıraraq bir müddət birlikdə bişiririk. Pomidoru sürtgəcdən keçirib, qazana əlavə edirik. Son olaraq duz, istiot vurduqdan sonra qazanın qapağını kip bağlayıb, az odda bişiririk.
Püreni hazırlamaq üçün kartofların qabığını soyub, üzərinə su və duz əlavə edərək qaynadırırq. Bişdikdən sonra suyunu süzüb, əzərək püre halına salırıq. Yeməyi süfrəyə verən zaman ət və püreni birlikdə servis edirik.

Nuş olsun!
Etiketlər: əlavə, sonra, edirik, xırda, birlikdə, bişiririk, istiot, soğan, suyunu, edərək, üzərinə, soyub, kartofların, qapağını, bağlayıb, Püreni, hazırlamaq, qabığını, Bişdikdən, verən
BİZİ İZLƏYİN