• Balıqlı kükü-plov resepti

Reseptin məlumatları Baxış sayı: 19 851

Tarix : 29-09-2014, 16:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri / Aş - Plov

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
350 q hisə verilmiş kütüm
200 q düyü
80 q ərinmiş yağ
2 yumurta
100 q ağ lobya
70 q təzə ağ bulka (çörək)
60 q şüyüd
istiot
duz
sarıkök

Hazırlanması:
Lobyanı artlayıb duzlu suda saxlayın. Sonra hazır olanadək bişirin.

Hisə verilmiş kütümü qaynadın. Bulkanı sürtgəcdən keçirin, balıq, doğranmış şüyüd, yumurta ilə qarışdırın. Siniyə töküb sobada bişirin.

(Bunu başqa cür də edirlər: çörəyi xırdalayıb sininin içinə döşəyirlər, sonra üstünə soğanla birlikdə qovrulmuş, duzlanıb-istiotlanmış ispanaq, keşniş və şüyüdü, qaynadılıb xırdalanmış balığı döşəyir, bir çimdik soda ilə çalınmış yumurtanı üstünə gəzdirib sobada bişirirlər).

Düyünü duzlu suda qaynadın. Süzməyə beş dəqiqə qalmış suyu süzülmüş lobyanı əlavə edin. Birlikdə süzün. Adi qaydada plov hazırlayın.

Kükünü paxlava kimi doğrayın. Plovu buluda çəkin, kükünü ayrıca, yaxud buluddakı plovun üstünə düzməklə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: üstünə, şüyüd, bişirin, duzlu, qaynadın, sobada, verilmiş, yumurta, Düyünü, bişirirlər, Süzməyə, süzülmüş, gəzdirib, qalmış, dəqiqə, çalınmış, qaynadılıb, şüyüdü, keşniş, xırdalanmış
BİZİ İZLƏYİN