Tərkibi:2 ədəd sümüksüz toyuq döşü,
3 şorba qaşığı dolusu qatıq,
3 çay stəkanı maye yağ,
1 şorba qaşığı tomat,
İstiot,
Köri (istəyə bağlı),
Kəklikotu (istəyə bağlı),
duz,
Hazırlanması:Sos üçün böyük bir kasanın içərisinə qatıq, yağ, tomat, duz və başqaədviyyatları da əlavə edib bir çırpma teli ilə çırpın.
Qarışıq hazır olandan sonra toyuqları yanlamasına ikiyə kəsərək incəldin.
Toyuq ətlərini qarışığın içinə qoyub sosa bulayın.
Kasanın üzərinə strec film çəkin və ertəsi gün istifadə etmək üçün soyuducuya qoyun.
Bişirəcəyiniz zaman soyuducudan çıxardın və kəsərək şəkil verin və uc hissəsini kürdanla bərkidin.
Teflon və ya keramik tavanı əvvəlcədən qızdırın və çox azsüzmə zeytun yağı əlavə edin.
Hər iki üzünü yüksək atəşdə qızardın.
Üzərinə kəklokotu səpərək istədiyiniz qarnitürla servis edə bilərsiniz.
Nuş olsun!
Etiketlər: tomat, istəyə, bağlı, əlavə, qatıq, kəsərək, şorba, qaşığı, hissəsini, keramik, kürdanla, Teflon, verin, bərkidin, zaman, qoyun, soyuducuya, etmək, Bişirəcəyiniz, tavanı