Tərkibi:0,5 kq mal əti
2 orta baş soğan
90 q kərə yağı
1 x.q. 20%-li xama
0,5 ç.q. tomat pastası
0,5 ç.q. un
1 ç.q. acı xardal
qara istiot
dəfnə yarpağı
1 st. bulyon
Hazırlanması:Əti təmizləyib 0,6-10 mm qalınlıqda şəridlərə, bunları isə 5-6 sm uzunluqda zolaqlara doğrayın. Duzlayıb, qara istiot vurun, 2 saat saxlayın. Bu müddət ərzində ət yumşalacaq.
Sous üçün: tavada 25 q kərə yağını əridin, unu qovurun, ət suyu (bulyon) əlavə edib qarışdırın, qaynara düşəndə xardal, xama, tomat pastası və dəfnə yarpağını əlavə edin. Ocaqdan götürün.
Başqa tavada 75 q kərə yağında ətləri qızılı rəng alana qədər qızardın.
Soğanı doğrayıb ətə əlavə edin, birlikdə qovurun. Sousu əlavə edin, tavanın qapağını örtüb 30 dəqiqə bişirin.
Yanında spagetti, yaxud kartof püresi verə bilərsiniz.
Nuş olsun!
Etiketlər: əlavə, qovurun, bulyon, tavada, istiot, dəfnə, xardal, pastası, tomat, doğrayıb, qədər, qızardın, Soğanı, ətləri, Başqa, yağında, birlikdə, qızılı, alana, örtüb