• Burqonsayağı mal əti resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 512

Tarix : 1-03-2016, 20:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6

Tərkibi:
1,5 kq mal filesi (sümüksuz mal əti)
1 şüşə şərab
225 qr donuz basdırması (bekon)
1 ədəd iri baş soğan
duz
istiot
450 qr kök
2 x/q un
1 x/q tomat pastası
2 diş sarımsaq

Otlardan (buket üçün):
2 budaq kərəviz
1 budaq kəklikotu
1 budaq cəfəri
1 ədəd dəfnə yarpağı

Hazırlanması:
Bu klassik yeməyin tarixi Fransanın Burqon vilayətindən başlayır. Sadə hazırlanan, olduqca dadlı və ətirli yeməkdir.

1. İnqredientlər.
2. Ət parçalara doğranılır (3 x 4 sm).
3. Soğan və bekon doğranılır. Soğan bir qədər iri, bekon isə xırda kubiklər şəklində.
4. Dərin tavada kərə yağı əridilir və böyük odda soğanla bekon 3-4 dəqiqə qızardılır.
5. Ətə duz və istiot vurulur.
6. Ət tavaya əlavə edilərək tam qızardılır.
7. Otlardan buket hazırlanır.
8. Tavanın odu azaldılır. Xırda növ olan köklər (və ya bir qədər iri doğranmış adi kök) və otlardan hazırlanan buket əlavə edilir. Tavanın qapağını bağlayaraq 20 dəqiqə pörtlədilir.
9. Daha sonra ət, bekon və köklər təmiz boşqaba yerləşdirilir.
10. Tavada alınan şirəyə un əlavə edilir və qazın odu artırılır. Daima qarışdıraraq qatı maye alınır.
11. Tomat pastası əlavə edilir.
12. Yaxşı qarışdırılır. Bir dəqiqə qaynadılaraq zövqə görə duz, istiot və xırda doğranmış sarımsaq əlavə edilir.
13. Ətlər yenidən tavaya yerləşdirilir və yaxşı qarışdırılır.
14. Şərab əlavə edilir. Yenidən yaxşı qarışdırılır. Tavaya birdaha otlardan ibarət buket qoyularaq qapağını bağlayıb, az odda təqribən 2 saat pörtlədilir. Sonda, ətlər tam hazır olduqda, qaz söndürülür və ot buketi çıxarılıb atılır.
15. Burqonsayağı mal əti hazırdır! Nəticədə çox zərif, dadli və ətirli ət alındı. Bu cür yeməyi kartof əzməsi ilə də süfrəyə vermək olar.

Burqonsayağı mal əti resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: əlavə, bekon, edilir, buket, istiot, qarışdırılır, otlardan, budaq, dəqiqə, qızardılır, qapağını, qədər, yaxşı, ətirli, doğranılır, hazırlanan, Soğan, xırda, tavaya, köklər
BİZİ İZLƏYİN