Tərkibi:2 ədəd hazır yağlı xəmir paketi
0,5 st. düyü
1 x.q. kərə yağı
1 x.q. sürtgəcdən keçirilmiş kök
lazımi qədər isti su
1 ç.q. quşüzümü
duz
istiot
darçın
1 yumurtanın sarısı
Hazırlanması:Kərə yağını əridib düyünü tökün, ağaranadək qovurun. Kökü əlavə edin. Yumşalan kimi üstünə çıxacaq qədər su, quşüzümü, duz, istiot və darçın tökün. Qazanın qapağını bağlayıb bir neçə dəqiqə iti ocaqda, sonra isə ocağı lap azaldıb düyü suyu tamam çəkənə qədər bişirin. Qazanın qapağına dəsmal çəkib 10 dəqiqə dəmləyin.
Yağlı xəmirləri otaq temperaturunda saxlayıb yumşalmasını gözləyin. Oxlovla bir az yayın. Hissələrə bölün. Ortalarına hazırladığınız plovu yayın. Boğça kimi bükün. Büküm yerləri altda qalmaq şərtilə siniyə qoyun. Üzərinə yumurta sarısı çəkib 180 dərəcə qızdırılmış sobada üstü qızaranadək bişirin.
Nuş olsun!
Etiketlər: qədər, darçın, quşüzümü, sarısı, dəqiqə, Qazanın, tökün, yayın, istiot, bişirin, çəkib, bölün, xəmirləri, Ortalarına, hazırladığınız, temperaturunda, Hissələrə, plovu, yumşalmasını, Oxlovla