• Kükü (mücvər) resepti

Reseptin məlumatları Baxış sayı: 17 429

Tarix : 8-02-2016, 15:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 6-8


Tərkibi:
2 ədəd kabak,
2 yemək qaşığı yulaf kəpəyi,
Müxtəlif ədviyyatlar,
Təzə nanə,
Təzə soğan,
Cəfəri,
1 çay qaşığı qabartma tozu,
2 yumurta,
3 yemək qaşığı əzilmiş pendir.

Hazırlanması:
Əvvəlcə kabakları rəndə və ya mətbəx robortunun köməyi ilə rəndələyin.

Rəndələnmiş kabakları 5-10 dəqiqə süzgəcdə saxlayın ki, suyunu süzsün.

Bundan sonra kabaklar daha su salmayacaq.

Ardından kabakları geniş bir qaba alaraq üzərinə 2 yumurta qırıb möhkəm qarışdırın.

Qabın içərisinə əzilmiş pendiri, qabartma tozunu və yulaf kəpəyini əlavə edin.

Burada diqqət edəcəyiniz əsas məsələ bütün ərzaqları eyni vaxtda qatışdırmamaqdır.

Eyni vaxtda qatsanız ərzaqlar normal qarışmayacaqdır ki, bu da istədiyiniz sonucun alınmaması deməkdir.

Son olaraq da Kükü (mücvər) üçün nanə, soğan, cəfəri və ədviyyatları əlavə etmək lazımdır.

Axırıncı dəfə bütün ərzaqları qarışdırdıqdan sonra saxlamadan qəliblərə tökün.

Qabların altına tağlı kağız da qoya bilərsiniz.

Hazırlamış olduğunuz kükünü əvvəlcədən 180 dərəcə qızdırılmış fırında 20 dəqiqə bişirin.

Kükü (mücvər) fırından çıxardandan sonra üzərini örtüb 10 dəqiqə saxlayın.

Belə olanda daha ləzzətli olacaqdır.

Servisə hazır kükünün yanına qatıq əlavə edib servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: sonra, qaşığı, dəqiqə, əlavə, kabakları, saxlayın, ərzaqları, bilərsiniz, mücvər, vaxtda, əzilmiş, bütün, yulaf, soğan, qabartma, yemək, yumurta, qəliblərə, saxlamadan, kabak
BİZİ İZLƏYİN