• Piti resepti

Reseptin məlumatları Baxış sayı: 135 587

Tarix : 23-08-2015, 18:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 1-2


Tərkibi:
Pitinin hər payına:

163 q qoyun əti,
20 q noxud (iri),
20 q quyruq, 15 q baş soğan,
150 q kartof,
20 q təzə yaxud 10 q quru alça,
0,1 q zəfəran yaxud 50 q təzə pomidor,
1 q quru nanə və tam üçün duz, istiot götürülür.

Hazırlanması:
Piti bişirmək üçün xammallar hazırlanır
Piti çanaqda bişir
Pitinin hər payı ayrıca qabda bişirilir. Buna piti qabı deyilir. Piti qabı saxsı çölməkdən yaxud paslanmayan polad qazançadan ibarət olur və bunun tutumu 0,8 l təşkil edir.
Burda qoyun cəmdəyinin döş, boyun, bud, yaxud kürək hissəsindən, təqribən 55-80 qramlıq 2-3 tikə ət götürülür. Qabaqcadan isə bir qədər noxur arıtlanıb (qara dənlər çıxarılır) 4-5 saat soyuq suda isladılır. Ət və noxud qaba qoyulib üstünə soyuq su tökülür və bunun ümumi həcmi 0,6 litrə çatdırılır. Sonra həmin qab zəif od üzərində qoyulub tədricən biririlir. Burada əmələ gələn kəf xüsusi kəfkirlə arabir alınır. Xörəyin hazır olmasına 30 dəqiqə qalmış kartof (adətən bötöv şəkildə olmaqla, orta ölçüdə və ya yumruvri formada), yuyulmuş alça və duz qatılır, bulyon qaynadıqdan sonra içinə iri kub şəklində doğranmış baş soğan salınır və xörəyin hazır olmasında 10-15 dəq. Qabaq xırda doğranmış quyruq yağı, duz və ədviyyət vurulur.
Ayrıca 1 q zəfəran 120 q suda çay kimi dəmlənir vəh hər iki pay pitiya bundan bir xörək qaşğı qatılır. Vam odda bişirilmə davam edir.

Süfrəyə verilmə qaydası:
Piti süfrəyə veriləndə üstünə narın doğranmış quru nanə səpilir. Piti, bir qayda olaraq öz bişirildi qabda süfrəyə verilir və yanına təmiz dərin boşqab yaxud kasa qoyulur.ayrıca olaraq süfrəyə həm də boşqab içində soyulmuş baş soğan və sumaq verilir.

Qeyd:
Yay vaxtı və mövsümünə görə pitiyə şabalıd, heyva və pomidor da qatırılr. Belə hallarda alça və zəfəran qatmırlar.

Nuş olsun!
Etiketlər: yaxud, doğranmış, zəfəran, süfrəyə, soğan, qabda, bişir, hazırlanır, çanaqda, ayrıca, bunun, qatılır, hazır, üstünə, soyuq, xammallar, verilir, boşqab, olaraq, Pitinin
BİZİ İZLƏYİN