• Xaçapuri acaruli resepti

Reseptin məlumatları Baxış sayı: 26 631

Tarix : 26-11-2016, 22:00

Bölmə : Quru yeməklər / Börəklər / Qəlyanaltılar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 6-8


Tərkib:
Toz şəkər: 1 çay qaşığı
Duz
Un: 1 kq
Maye yağ: 1 qaşıq
Süd: 1 stəkan
Qabartma tozu
ilıq su: 0,5 litr

İçlik üçün:
Təzə pendir-1 kq (sulquni pendiri)
Yumurta: 8-10 ədəd
Kərə yağı: 10 qram.

Hazırlanması:
Un ələnir. Unu ələməkdə məqsəd yalnız içərisindəki yad cisimlərdən qurtarmaq deyil, eyni zamanda un dənəciklərinin hava alıb məhsulun daha da ləzzətli olmasına nail olmaqdır.

0,5 litr ilıq su südlə qarışdırılır və geniş bir qabda unun üzərinə tökülür. Bunun içərisinə qabartma tozu, şəkər tozu, duz vv maye yağ əlavə olunub qarışdırılır. Xəmir yoğrulur. Acaruli xaçapuri xəmiri çox bərk olmamalıdır. Xəmir yoğrulub hazır olduqdan sonra xəmirin acıyıb gəlməsi və dincəlməsi üçün 1-1,5 saat gözlədilir. Bu zaman xəmir isti yerdə gözlədilməlidir və üstü yaxşıca örtülür.

Xaçapuri acaruli xəmiri gözlədilərkən, içlik hazırlanır.

İçlik hazırlamaq üçün əvvəlcə pendir mətbəx rəndəsindən keçirilir və ovxalanır.

Bundan sonra hazır olan xəmir təqribən 200 qram ağırlığında kündələrə ayrılır. Kündələmə işi qurtardıqdan sonra hər bir kündə xaçapuri acaruli bişirmək üçün yayılır. Bu yayılan xəmirin içərisinə hazırladığımız pendir səpilir və kənarları qıvrılır. Qayıq formasında bükülür.

Xaçapuri acaruli qayıq formasında büküldükdən sonra soba isidilir. Bükülüb bişməyə hazır xaçapuri acaruli bu sobada təqribən dəqiqə bişirilir. Kənarları qızarmağa başlayan xaçapuri acaruli sobadan çıxardılır. İçərisinə pendirin üzərinə 1 yumurta vurulur. Ancaq bu zaman yumurtanın sarısının dağılmamasına diqqət yetirmək lazımdır. Yumurta vurulan xaçapuri acaruli yenidən sobaya verilir. Burada yumurtanın ağ hissəsinin bişməsini gözləmək kafidir. Yumurtanın sarısı tam bişməməlidir. Bunun üçün də təqribən 2-3 dəqiqə kifayət edir.

Nuş olsun!
Etiketlər: xaçapuri, sonra, Xaçapuri, pendir, hazır, təqribən, içərisinə, dəqiqə, Bunun, qarışdırılır, Xəmir, xəmir, formasında, yumurtanın, xəmiri, zaman, xəmirin, üzərinə, Yumurta
BİZİ İZLƏYİN